Şrift:
Qədir Rüstəmov komaya düşdü
02.11.2011 [16:24] - Xəbərlər
Azərbaycanın tanınmış xanəndəsi, xalq artisti Qədir Rüstəmovun səhhəti ağırlaşıb. Xalq artisti Mənsum İbrahimovun verdiyi məlumata görə, Q. Rüstəmov ağır vəziyyətdə İstanbuldakı xəstəxanalardan birinə yerləşdirilib, həkimlər hazırda komada olan xanəndənin səhhətində yaranmış problemi aradan qaldırılmağa çalışırlar. Qeyd edək ki, “Sona bülbüllər”in əvəz olunmaz ifaçısı olan 76 yaşlı xalq artistinin bir neçə il əvvəl bir böyrəyi əməliyyat olunaraq çıxarılıb. Qədir Rüstəmovun vəziyyətinin pisləşməsinə yeganə böyrəyində də problemlərin yaranmasının səbəb olduğu bildirilir. Xəbəri Qədir Rüstəmovun sənət dostu xalq artisti Arif Babayev də təsdiqləyərək bildirdi: "Xalq artisti bir neçə gün əvvəl ağır vəziyyətdə İstanbula aparılıb. Hazırda xəstəxana ilə əlaqə saxlayırıq, amma həkimlər onun ayılmadığını bildirir".
Bu xəbər oxucular tərəfindən 1164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed