15.02.2013 [10:59] - Gündəm, Siyasət
“ABŞ Dağlıq Qarabağda öz sülhməramlı qoşunlarını yerləşdirmək üçün BMT-dən mandat istəyib”.Bu fikirləri rusiyalı politoloq, Qara dəniz və Xəzər regionu Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Vladimir Zaxarov “Arqumenti i Faktı” qəzetinin mətbuat mərkəzində Dağlıq Qarabağda erməni separatçı hərəkatının 25 illiyinə həsr olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, ABŞ artıq iki dəfə Dağlıq Qarabağda öz sülhməramlı qoşunlarını yerləşdirmək üçün BMT-yə müraciət edib: “Lakin BMT buna hələ müsbət cavab verməyib”.
ABŞ-ın İrana hücumla bağlı planlarını təxirə salmadığını söyləyən politoloq Dağlıq Qarabağda sülhməramlı qoşunların yerləşdirilməsinin bu planın tərkib hissəsi olduğunu bildirib: ”Əfqanıstandan çıxarılan ABŞ qoşunları Azərbaycana yerləşdiriləcək. İranla müharibə ssenarisi isə Azərbaycan qoşunlarının Dağlıq Qarabağa geniş miqyaslı əməliyyatları ilə başlanacaq. Sonra ABŞ qoşunları sülhməramlı niyyətlə Dağlıq Qarabağa daxil olacaqlar. Beləliklə, Dağlıq Qarabağda Azərbaycanın istəyi ilə ABŞ qoşunları sülhməramlı qüvvə kimi yerləşdiriləcək”.

Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |