Şrift:
“Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsi yaxın zamanlarda açılacaq
05.04.2024 [10:44] - Sosial
“Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin tikintisi başa çatıb.

Bunu “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, yaxın zamanlarda Nəzarət Məntəqəsinin açılışı olacaq.

"Ölkə üzrə müvafiq nəzarət və tənzimləmə sistemləri formalaşdırılıb. İdxal və ixrac zamanı qida təhlükəsizliyinə nəzarət davam etdirilir", - o əlavə edib.

Qoşqar Təhməzli ölkə üzrə əhalinin qidalanması ilə bağlı problemlərin müəyyən edildiyini və bu istiqamətdə bir sıra proseslərə başlanıldığını deyib:

"Agentllik 12 ölkə ilə qida təhlükəsizliyilə əlaqədar əməkdaşlıq edir. 15 ölkə ilə isə bu istiqamətdə iş aparılır".
Bu xəbər oxucular tərəfindən 2077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed