Şrift:
Güney Azərbaycanlı fəal Bəhmən Xaliqi Təbrizin mərkəzi zindanına intiqal edilib
15.02.2013 [11:26] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı milli-mədəni fəal Bəhmən Xaliqi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından Təbrizin mərkəzi zindanına intiqal edilib.
İki gün öncə zindana intiqal edilən fəal 2013-cü il yanvarın 13-də Marağada İranla Ermənistanın əlaqələrinə etiraz əlaməti olaraq keçirilən etiraz yürüşündən sonra öz şəxsi evində tutuqlanıb. Xaliqi tutulduğu gündən bəri yalnız 2 dəfə öz ailəsi ilə telefon əlaqəsi saxlamağa nail olub.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal Marağada keçirilən etiraz aksiyasından sonra Binab şəhərinin ETTELAAT məmurlarının təqibinə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed