09.04.2024 [09:54] - Gündəm, İqtisadiyyat
Bakıda yerləşən Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) emal olunan xam neftin həcmi 2024-cü ilin yanvar-mart ayında 2023-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5,9 faiz azalıb.
Bu barədə Energetika Nazirliyinin məlumatlarına istinadən xəbər veririk.
"2024-cü ilin yanvar-mart aylarında NEZ-də 1,6 milyon ton neft emal olunub, 2023-cü ilin birinci rübündə isə bu göstərici 1,7 milyon ton olub", - nazirliyin materialında deyilir.
Qeyd edək ki, göstəricinin azalması Azərbaycanda neft hasilatının azalması, eləcə də NEZ-də davam edən modernizasiya ilə əlaqədardır.
2023-cü ildə özünün 70 illiyini qeyd edən NEZ-in emal gücü ildə 6,0-6,5 milyon ton neftdir, lakin modernizasiyadan sonra bu göstərici ildə 7,5 milyon ton olacaq.
Zavod 30 adda məhsul buraxır və Qazaxıstandan emal üçün neft qəbuluna hazırlaşır. Hazırda bununla bağlı müvafiq danışıqlar aparılır.

Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |