Şrift:
İsmayıllının deputatı: “Prezidentin sərəncamı yerində atılmış addım oldu” - MÖVQE
15.02.2013 [12:02] - Sosial
Milli Məclisin İsmayıllıdan seçilən deputatı Novruz Aslanov prezident İlham Əliyevin bu rayonun icra başçısının dəyişdirilməsi barədə sərəncamını bəyənib.

Açıqlamasında deputat ölkə başçısının sərəncamını yüksək qiymətləndirərək yeni icra başçısı Mirdaməd Sadıqovun uğurlu fəaliyyət göstərəcəyinə, hər şeyin ismayıllıların ürəyincə olacağına əminlityini bildirib.

“Cənab Prezidentin sərəncamını müsbət qarşılayırıq. Bu, ölkə prezidentinin verdiyi qərardır. Yeni icra başçısı ziyalı adamdır, ölkə səviyyəsində tanınan alimdir. Hətta mənim kitabımın redaktoru olub. Ağsaqqal adamdır. Hesab edirəm ki, bu düzgün, yerində atılmış addımdır. İnşallah hər şey bundan sonra da yaxşı olacaq”,-deyə millət vəkili açıqlama verib.

Anar RÜSTƏMOV
Bu xəbər oxucular tərəfindən 1183 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed