Şrift:
Aİ nümayəndə heyətinin Cənubi Qafqaza səfəri başlayıb
09.04.2024 [10:12] - Siyasət
Avropa İttifaqı (Aİ) Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvlərinin Cənubi Qafqaza səfəri başlayıb.

Əvvəlcə nümayəndə heyəti İrəvana gedib.
Ermənistanda bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşən heyət Avropa İttifaqı ilə münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşməsinə yönəlmiş prosesi məmnunluqla qeyd edib.

Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə toxunan Ararat Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesindən danışıb.

Nümayəndə heyəti Gürcüstan və Azərbaycana da səfər edəcək.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed