Şrift:
İtaliyada G7 xarici işlər nazirlərinin iclası keçiriləcək
16.04.2024 [10:50] - Siyasət
Aprelin 17-19-da İtaliyanın Kapri adasında bu ölkənin G7-yə sədrliyi çərçivəsində “Yeddilər qrupu” ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin iclası keçiriləcək.
İtaliyanın xarici işlər naziri Antonio Tayaninin sözlərinə görə, görüşdə Yaxın Şərqdə və Ukraynada müharibələrə son qoyulması üzrə tədbirlər müzakirə olunacaq.

Çərşənbə axşamı keçirilən görüşün ilk iclası Qəzza və İrana həsr olunacaq, Qırmızı dənizdə vəziyyət cümə axşamı səhər müzakirə ediləcək.
Bu xəbər oxucular tərəfindən 267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed