19.04.2024 [11:44] - Siyasət
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.
Məlumata görə, sanksiyalar siyahısına 16 fiziki və 2 hüquqi şəxs daxil olub. Onların İranda pilotsuz uçuş aparatı (PUA) istehsalı ilə əlaqəli olduğu deyilir.
Qeyd edək ki, bir qədər əvvəl Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçıları Brüsseldə İrana qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəlib. Aİ Şurasının prezidenti Şarl Mişelin sözlərinə görə, sanksiyalar İranın İsrailə hücumu ilə əlaqədardır.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |