Şrift:
İsrail İranda bir obyektə raket zərbəsi endirib
19.04.2024 [11:47] - Siyasət
İsrail İrandakı obyektə raket zərbəsi endirib.
Bu barədə "ABC" televiziya kanalı Amerikalı rəmisinə istinadən bildirib.

Eyni zamanda, o Suriya və İraqdakı hədəflərin də zərbələrin hədəfi olub-olmadığını təsdiqləməyib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed