Şrift:
Lalə Cavanşir: İranda Azərbaycan qadınının hüquqları kobud formada pozulur- AUDİO
15.02.2013 [15:18] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Lalə xanım İranda mövcud şəriət qanunun qədim zamanlardan miras qaldığını və qadınları əzən bir funksiya daşıdığını qeyd edir.
Toronto Universitetinin Türkologiya və Yaxın Şərq mədəniyyətləri üzrə doktorluq tələbəsi Lalə Cavanşir “Amerikanın Səsi”nə müsahibədə İranda qadın hüquqlarının durumu və bu durumun Azərbaycan qadınlarına təsirləri haqda danışıb. İran İslam Respublikasındakə mövcud mühiti şərh edən Lalə xanım hüquq pozuntularının təkcə siyasi sferaya (siyasi hozə) deyil, iqtisadi, sosial statusa da sirayət etdiyini vurğulayıb. Onun sözlərinə görə qadınların mütəmadi şəkildə alçaldılmasının əsasında totalitar diktatura, teokratik rejim və cəmiyyətdə əsrlərdən bəri daşlaşmış patriarxal münasibətlər dayanır.

Lalə xanım İranda mövcud şəriət qanunun qədim zamanlardan miras qaldığını və qadınları əzən bir funksiya daşıdığını qeyd edir. Belə ki, 1979-cu il İslam İnqilabından sonra fundamentalist (bonyadgəra) prisniplərin hüquqi müstəviyə tətbiq olunması qadınların bir çox hüquqlarını əllərindən alıb, onları de-yure və de-fakto ikinci dərəcəli vətəndaşlara çevirib.

İran İslam Respublikasının boşanma və boşanmaqdan sonra uşaqla əlaqəli qanunları, irs qanunu və bir çox başqa qanunlar İranda yaşayan bütün qadınları məhdudlaşdırır, ancaq qeyri-Fars qadınlar əlavə çətinliklərlə də üzləşirlər,- deyə bildirən Lalə Cavanşir, məhkəmələrdə Farsca bilməyən qadınların problemlərinə işarə edir. O misal olaraq İslam Respublikası tərəfindən daşqalağa məhkum edilən Təbrizli qadın Səkinə Məhəmmədinin adını çəkir. Səkinə Məhəməddinin vəkilinin sözlərinə görə, Səkinə xanım farsca bilmədiyi üçün məhkəmədə ona oxunan sənədi yaxşı anlamadan imzalamışdı.
Lalə Cavanşir İslam rejiminin qadınlarla bağlı məhdudlaşdırıcı qanunları ilə birlikdə cəmiyyətdə geniş yer alan folklor və xalq ədəbiyatında mövcüd bəzi düşüncələri basqılara rəvac verən faktorlar kimi dəyərləndirir. “Ərimdir, döyər də sevər də,” və “Qızını döyməyən dizini döyər,” kimi deyimlər Lalə xanımın fikrincə qadınların ikinci dərəcəli insan olması haqda təsəvvürdən xəbər verir. Habelə “qeyrətli kişi” və “sərt kişi” konseptlərinin (məfhumlar) cəmiyyətdə müsbət qarşılanması da qadınlara qarşı vacib sayılan məhdudlaşdırıcı təfəkkürdən qaynaqlanır.

Eyni zamanda Lalə xanım Azərbaycan türklərinin müsəlman aləmində proqressiv (mütərəqqi) düşüncənin daşıyıcıları olduğunu qeyd edib. Yaxın şərq mədəniyyətləri üzrə tədqiqatçı İranda yaşayan Azərbaycan türklərinin Quzey və Türkiyə vasitəsi ilə Qərb mədəniyyətini daha yaxşı tanıyıb və buna görə də İranda qadın hüquqları ilə bağlı hərəkkatın önündə gediblər,- deyə İranda ilk dəfə qadınların seçmə və seçilmə haqqının 1945-46-ci illərdə Azərbaycan Milli Höküməti dövründə həyata keçirilməsini nümunə verir.
AUDİOnu qaynağımız olan aşağıdakı LİNKdən izləyə dinləyə bilərsiniz:

My Webpage
Bu xəbər oxucular tərəfindən 1031 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed