Şrift:
ATƏT-in baş katibi: “Türkiyə Qarabağ münaqişəsinin həllində önəmli rol oynaya bilər”
02.11.2011 [16:29] - Gündəm
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yolunda əhəmiyyətli rol oynaya bilər”. Bu sözləri ATƏT-in baş katibi Lamberto Zannier “Today's Zaman” qəzetinə müsahibəsində bildirib.

Baş katibin sözlərinə görə, bunun üçün Türkiyənin bu prosesə rəsmi şəkildə cəlb edilməsinə ehtiyac yoxdur. “Mən Türkiyənin danışıqlar prosesində formal rolundan danışmıram. Türkiyə hər iki münaqişə tərəfinin qonşusu kimi artıq bu məsələyə qarışıb. Mənim şəxsi fikrim bundan ibarətdir ki, Türkiyə hər iki tərəf arasında dialoqu qurmalıdır”, - deyə Lamberto Zannier bildirib.

“Belə fikir mövcuddur ki, problem (Dağlıq Qarabağ münaqişəsi- red.) başqa formata keçirilməlidir. Ancaq mən belə hesab edirəm ki, bu addım problemin həllinə kömək etməyəcək. ATƏT münaqişənin həlli üçün əlindən gələni edir. Ancaq münaqişə tərəfləri məsuliyyəti öz üzərlərinə götürərək siyasi iradə nümayiş etdirərək münaqişəni həll etməlidirlər”,- deyə Lamberto Zannier qeyd edib.

“Siz atı suya tərəf sürə bilərsiniz. Ancaq siz onu su içməyə məcbur edə bilməzsiniz. Əgər biz münaqişəni həllinə nail ola bilmiriksə, yaxşısı budur vəziyyətin ağırlaşmasına yol verməyək”, - deyə ATƏT-in baş katibi vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed