Şrift:
Con Kerri: İranın tələsinə düşməyəcəyik
16.02.2013 [11:35] - Gündəm, Siyasət
“İranın nüvə müzakirələrini gecikdirmək kimi tələsinə düşməyəcəyik”, bu fikirləri ABŞ dövlət katibi Con Kerri BMT-nin baş katibi Ban Ki Munla birgə keçirdiyi ortaq mətbuat konfransında deyib.

O bildirib ki, İranın müzakirələrə ciddi şəkildə qatılmağının vaxtı çatıb: “Danışıqlarda irəliləyişin əldə olunması üçün Tehran müzakirələrdə qətiyyətli şəkildə iştirak etməlidir. Dünyada sülh məqsədləri üçün nüvə enerjisindən istifadə edən ölkələr var. Əslində nüvə proqramının sülh məqsədli olduğunu isbat etmək çətin deyil. İran da nüvə proqramının məqsədinin müəyyən edilməsinə icazə versə, problem həll olunar. Barak Obamanın da dəfələrlə qeyd etdiyi kimi İranın nüvə probleminin diplomatiya yolu ilə həllinə vaxt var”.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed