16.02.2013 [12:16] - Gündəm, Hüquq
Erməni diplomatları öz qeyri-peşəkarlıqları ilə yenə də dünyanı təəccübləndiriblər.
ANS PRESS erməni səfirinin Nyu-York hərzəliyinin cavablarını Serjin bəyanatından sitatlarla (alıntı, nəql-i qol) verir.
BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasında "Hərbi münaqişələrin gedişində dinc əhalinin qorunması" mövzusu ətrafında gedən müzakirlər zamanı çıxış edən Ermənistan səfiri Karen Nazaryan Azərbaycanı Xocalı soyqırımının baiskarlarını cəzalandırmağa çağırıb.
ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, çıxışı zamanı Nazaryan yüzlərlə dinc sakinin vəhşicəsinə öldürüldüyü soyqırımı azərbaycanlıların törətdiyini iddia edib. Bununla da, Karen Nazaryan öz rəhbəri Serj Sarkisyanın bütün dünyaya bəlli olan hərbi-siyasi fəaliyyətindən və beynəlxalq səviyyədə etdiyi açıqlamalardan xəbərsiz olduğunu nümayiş etdirib.
Halbuki, Serj Sarkisyan indiyə kimi etdiyi çıxışlarında heç zaman Xocalı soyqırımının müəllifi olduqlarını gizlətməyib. 15 dekabr (december) 2000-ci il tarixdə Ermənistan müdafiə naziri işləyən Serj Sarkisyanla görüşmüş britaniyalı jurnalist Tomas de Vaal elə birinci sualında bununla bağlı təsdiq cavabı alıb və Ermənistanın indiki prezidentinin sözləri jurnalistin dünayda məhşur "Qara bağ" kitabında yer alıb: «...Biz onda kiçik qüvvələrimizlə həm daxildən, həm də xaricdən müdafiə olunmalıydıq. Qarabağda çox sayda azərbaycanlı yaşayış məntəqələri vardı, həm bu tərəfdə, həm də o biri tərəfdə adamlar saxlamaq lazım idi. Əgər xəritəyə baxılarsa, biz Ermənistandan tamamilə təcrid olunmuş vəziyyətdə idik, ona görə də dairəvi müdafiə mövqeyi tutmağa məcbur idik. Qarabağda da elə bir nöqtə yox idi ki, azərbaycanlıların artilleriyası (topxana) ora çatmasın. Onda biz bir-birinin ardınca əməliyyatlar keçirdik: Xocalı, Malıbəyli, Şuşa, daha sonra Ağdam və başqaları. Bu indiki kimi deyildi ki, hansısa rayonu (məntəqə, şəhər) və ya yaşayış məntəqəsini götürə biləsən. Sadəcə soyuq hesabın nəticələri vardı: belə bir cəbhə xəttini yalnız bu cür keçirmək mümkündür».
Həmin soyuq hesabın nəticələri isə artıq bütün dünyaya bəllidir: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun silahlı dəstələri Xocalıda qırğın törədib. Bu qırğının nəticəsində 613 nəfər dinc sakin həlak olub. Onlardan 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər isə qoca olub. Hadisə zamanı 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Yəni bütün bu faktlar, götürülən əsirlər Ermənistan tərəfindən də təsdiqlənir və Karen Nazaryanın bunları təkzib etməyə çalışması sadəcə acı kinayə doğurur.
Erməni səfirdən fərqli olaraq Serj Sarkisyan Xocalıda törədilmiş soyqırımı erməni xalqının böyük igidliyi sayır və bu dırnaqarası "qəhrəmanlığa" hətta rusları belə şərik etmək istəməyib. "General-leytenant (sepəhbud) Seyran Ohanyan (Ermənistanın indiki müdafiə naziri - red.) orada batalyon komandiri (fərmandehe qurdan) idi. O, bizə necə kömək etməyə bilərdi? Amma bunun 366-cı polka (həng) nə dəxli ola bilər, nə olsun ki, bir-iki zabit (əfsər) bizə kömək edib",- deyə Ermənistan prezidenti Xocalı soyqırımının əsil qatilinin Rusiyanın Xankəndində dislokasiya olunmuş 366-cı polkunun deyil, Ermənistan ordusunun birləşməlirinin olduğunu vurğulayır. O bu fikri gücləndirmək üçün daha sonra vurğulayır: "Başqa rusların yardımına gəldikdə isə, buna inanmayın, yalandır. Bizdə bircə rus vardı - general-leytenant Anatoli Zineviç, o da həlak oldu. O, çoxdan pensiyada idi və Ermənistan ordusunun müşaviri işləyirdi. General Xristofor İvanyan və o, 1992-ci ilin yayında Vazgen Sarkisyanla birlikdə mənim yanıma gəlmişdilər. Son dəqiqələrə qədər mənim yanımda qaldılar. Orada ayrı rus yox idi, inanmayın. 16 kazak gəlmişdi, içib sərxoş oldular, bir-birlərini güllələrdilər, sonra getdilər", - deyən Serj Sarkisyan Xocalı soyqırımının birbaşa Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında həyata keçirildiyini vurğulayıb. Qeyd edək ki, Xocalıda dinc azərbaycanlı əhalinin məhv edən Ermənistan birləşmələrinə rəhbərlik etdiyinə görə hazırda şəhərə Xristofor İvanyanın adı verilib. Erməni xəritələrində şəhər "İvanyan" kimi qeyd edilir.
Serj Sarkisyan Xocalı soyqırımının azərbaycanlılar tərəfindən törədilə biləcəyi barədə ortaya atılan versiyaları da təkzib edib: "Bilirsiz belə şeylər barədə yüksək səslə danışmazlar. Deyərlər ki, mümkündür. Mən də belə davranıram. Çünki Azərbaycanın keçmiş rəhbəri (Mütəllibov - red.) deyib ki, bunlar ermənilər yox, azərbaycanlıların özləri olub. Amma yenə mən deyirəm ki, həqiqət başqa cürdür. Hər halda, Xocalı bütün Qarabağı boğaza yığmışdı. Çünki bizi Erməistanla birləşdirən hava limanı orada idi", - deyən Ermənistan prezidenti Xocalıdakı vəhşəliklərinin sonradan bütün Qarabağda etnik təmizləmə aparmaq üçün işlərinə yaradığını da vurğulamağı unutmayıb: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağa bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı".

Bu xəbər oxucular tərəfindən 1919 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |