16.02.2013 [12:33] - Diaspor
Yanvarın 26-da Amerikada yaşayan azərbaycanlılar tərəfindən ABŞ Prezidenti Administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilən petisiyanı imzalamaq üçün lazım olan 100 000 səs toplanıb.
Qeyd edək ki, Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.
Xocalı soyqırımı ilə bağlı petisiya fevralın 12-də saat 17:40-da 100.000 imza limitini keçməsinə baxmayaraq hələ heç bir bəyanat verilməyib. Dünya Azərbaycanlıları Gənclər Birliyinin sədri Ramin Məmmədov açıqlamasında bildirib ki, petisiyanı imzalamaq üçün göstərilən səylər heç də boşuna deyil.
“Biz Ağ Evin rəsmi cavabını gözləyirik. Cavab mütləq olacaq. Sadəcə bir az səbirli olmaq lazımdır. Cavabın isə nə vaxt veriləcəyi barədə R. Məmmədov məlumatsız olduğunu qeyd edib. “Buna Ağ Ev qərar verəcək, amma düşünürəm ki, yaxın zamanlarda cavab olacaq”.
Qeyd edək ki bu petisiya hazırda Ağ Evin internet səhifəsində olan 238 petisiya içərisində topladığı imzaların sayına görə ikinci sıradadır.
Aytən Əliyeva/Modern.az

Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |