16.02.2013 [12:39] - Gündəm, Siyasət
“Vladimir Zaxarov ziyafətdən sonra çıxış edib və görünür, o qədər də ayıq olmayıb”. Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, rus politoloq V. Zaxarovun ABŞ-ın Dağlıq Qarabağda qoşun yerləşdirmək üçün BMT-yə mandat almaqdan ötrü müraciət etməyi barədə bəyanatını şərh edərkən bildirib ki, bu, cəfəng bəyanatdır.
Politoloq onu da qeyd edib ki, İrana hücumla bağlı deyilənlər həqiqəti əks etdirmir. “Azərbaycan ABŞ-ın Əfqanıstandan çıxarılan qoşunlarının bir hissəsini razılaşma əsasında öz ərazisindən aparmaq istəyir. Vladimir Zaxarov da bunu əsas tutaraq həmin qoşunların Azərbaycanda qalacağını və bundan İrana qarşı hərbi əməliyyatlarda istifadə olunacağını fikirləşir. ABŞ İranla müharibə niyyətində deyil. Məsələnin sülh yolu ilə həll edilməsinə can atır. Yeni təyin ediləcək ABŞ-ın müdafiə naziri Senatda “ilişib”. Çünki İranla müharibəni istəməyən şəxslərdən bir hesab edilir. Buna görə də yəhudi lobbisinin ciddi təzyiqləri altındadır”.
Siyasi ekspert onu da əlavə edib ki, Azərbaycan ərazisinin bir meydan kimi istifadə edilməsi bizim üçün yenilikdir. Azərbaycanın bununla bağlı rəsmi mövqeyini xatırladan Q. Hüseynli buna imkan verilməyəcəyini vurğulayıb.
“Azərbaycan tərəfi dəfələrlə açıq şəkildə bildirib ki, öz ərazisindən qonşu ölkələrə və ya hər hansı üçüncü bir dövlətə qarşı hücum əməliyyatlarından istifadə edilməsinə qətiyyən imkan verməyəcək. Çünki bu, Azərbaycanın maraqlarına tamamilə ziddir. Azərbaycan belə bir addım atmış olsa özü ayaq altında qalacaq. İqtisadiyyatı, sənayesi, əhalisi müharibə əməliyyatlarından ciddi zərər görə bilər. Həm də İranda bizim çox sayda soydaşımız var. Ümumiyyətlə, İrana qarşı hücumun və təcavüz hərəkətinin əleyhinə olan dövlətik. Bu barədə siyasi liderlərimiz İrana söz veriblər”.
Qabil Hüseynli bildirib ki, rus politoloqunun Azərbaycan haqqında səsləndirdiyi fikirlər də cəfəngdir. Azərbaycanın İranla müharibə olacağı təqdirdə bu vəziyyətdən istifadə edərək Dağlıq Qarabağa hücum əməliyyatlarını yerinə yetirəcəyi haqda deyilənlər tamamilə məntiqsiz bir yanaşmadır.
“Əgər Azərbaycanın ərazisindən üçüncü bir ölkəyə qarşı əgər hücum əməliyyatları üçün istifadə edilsə belə biz müharibəyə başlaya bilmərik. Çünki İranla bağlı məsələlər kifayət qədər mürəkkəbdir”.
Heydər Əliyevin müşaviri olmuş Qabil Hüseynli bu ideyanın təxribat olduğunu bildirши. Rusiyanın Azərbaycana müxtəlif yollarla, üsullarla təzyiq və təhdidlərinin növbəti metodlarından biri də məhz budur. Belə ki, Rusiya özü müharibəyə start vermək niyyətindədir.
“Rusiya Ermənistanı silahlandırır, Azərbaycanın şimalındakı bölgəyə yaxın yerlərə yeni silahlı qüvvələr yerləşdirir. Bütün bunlar Rusiyanın yeni müharibəyə hazırlaşdığını göstərir. Rusiya Azərbaycana qarşı qəzəb içərisindədir. Rusiya siyasi elitasında Azərbaycanın Gömrük və Avrasiya İttifaqına qoşulmamaq haqda qərarları bir əsəbilik yaradır. Buna görə də qisas almaq istəyir. Digər tərəfdən özünü politoloq adlandıran təxribatçı qüvvələrə geniş meydan verir. İctimai rəydə çaşqınlıq yaratmaq istəkləri beynəlxalq normalara ziddir”.
Aqşin Kərimov/Modern.az

Bu xəbər oxucular tərəfindən 936 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |