01.05.2024 [10:46] - Türk dünyası-Turan
Türkiyə rəsmiləri ölkədaxili aviabiletlərin maksimal qiymət səviyyəsini dəyişərək, bir tərəfə 3250 lirəyə (100 dollar) qaldırıb.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilib ki, daxili aviabiletlərin qiyməti sonuncu dəfə 2023-cü ilin avqustunda yenilənib. Daha sonra ölkə rəhbərliyi bu cür biletlərin qiymətinin bir tərəfə 2500 lirədən (o vaxtkı məzənnə ilə təxminən 92,5 dollar) çox olmamasını deyib.
“Mülki Aviasiya Baş İdarəsi ölkə daxilində birtərəfli hava səyahətləri üçün yeni qiymət həddi - 3250 lirə təyin edib”, - materialda deyilir.
Agentliyin məlumatına görə, Türk Hava Yolları artıq tariflərini səlahiyyətlilərin tələblərinə uyğun olaraq tənzimləyib. İstanbuldan Antalyaya təyyarə biletinin qiyməti ən azı 2500 lirə olub.
Pegasus aviaşirkəti də eyni qərarı verib. Onun Antalyaya daxili reyslərə biletləri də 2500 lirəyə qaldırılıb.

Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |