10.05.2024 [13:12] - Gündəm, Türk dünyası-Turan
Prezident İlham Əliyevin dediyi kimi, haqlı davamızda yanımızda kim varsa, onlarla Qarabağda işbirliyi içində olacağıq.
Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlaması zamanı deyib.
“Bu mənada, Türkiyə Qarabağda bütün istiqamətlərdə aparılan quruculuq fəaliyyətinin içərisindədir. Bundan sonrakı proqramda da türk şirkətləri fəal şəkildə quruculuqda iştirak edəcək”, - səfir əlavə edib.
Cahit Bağçı qeyd edib ki, bugünkü “Tək millət, iki dövlət” anlayışının iki memarı var: Biri Heydər Əliyev, digəri isə Mustafa Kamal Atatürkdür.
Səfir onların davamçıları olaraq, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın iki ölkənin münasibətlərini daha da irəli apardığını əlavə edib.
Səfirin sözlərinə görə, bu günlərdə Türkiyədə də Ulu Öndər Heydər Əliyevlə bağlı silsilə tədbirlər həyata keçirilməkdədir: "Biz bunu bir borc olaraq bilirik".

Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |