Şrift:
YAP sədrinin müavini parlament seçkilərinin vaxtının irəli çəkilməsi məsələsinə münasibət bildirib
10.05.2024 [13:15] - Xəbərlər, Gündəm, Siyasət
"Parlament seçkilərinin vaxtının irəli çəkilməsi ilə bağlı son qərar yoxdur".

Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

“Amma buna baxmayaraq, Yeni Azərbaycan Partiyası təkcə seçki ərəfəsində yox, seçkilər arası müddətdə də seçkiyə hazırlıq prosesini keçirir. Yeni Azərbaycan Partiyası da bu gün parlament seçkiləri ilə bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir”, - o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed