13.05.2024 [12:19] - Xəbərlər, Gündəm, Siyasət
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) Koordinasiya Platforması yaxın vaxtlarda işə salınacaq.
Bu barədə özəl müsahibəsində Avropa İttifaqının (Aİ) Qazaxıstandakı səfiri Kestutis Yankauskas deyib.
"TBNM sanksiyalar altında olan ölkələri keçmədən Avropa və Mərkəzi Asiya, Aİ və Çin arasında yüklərin daşınmasına imkan verir. İnfrastruktur yaxşılaşmağa davam etdikcə, marşrut dəniz yolu ilə müqayisədə daha sürətli çatdırılma müddətlərini təmin edəcəkdir. Keçən il Avropa Yenidənqurma və İnkişaf Bankı Aİ tərəfindən maliyyələşdirilən və Orta Dəhliz boyunca əsas "dar boğazları" müəyyən edən tədqiqatı təqdim etdi. 2024-cü ilin yanvarında Aİ Brüsseldə Orta Dəhliz boyu bütün ölkələr və potensial donorlar üçün İnvestisiya Forumu keçirib. Forum zamanı infrastrukturun modernləşdirilməsi və təkmilləşdirilməsi üçün 10 milyard avronun ayrılmasına söz edilib. Bütün marşrut iştirakçılarını daha yaxşı birləşdirmək üçün TBNM Koordinasiya Platforması tezliklə istifadəyə veriləcək", - deyə səfir bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin fəaliyyətini yaxşılaşdırmaq üçün onun boyunca yerləşən bütün ölkələr fasiləsiz təchizatı təmin etmək üçün birlikdə çalışmalıdırlar. Bu, təkcə Mərkəzi Asiya ölkələrinə deyil, Cənubi Qafqaz ölkələrinə və Türkiyəyə də aiddir.
Kestutis Yankauskas həmçinin qeyd edib ki, Çin və Aİ arasında quru yüklərinin böyük hissəsi Qazaxıstan ərazisindən keçir:
"Qazaxıstan Avropa və Asiyanın, Avropa İttifaqının və Çinin qovşağında yerləşir. Çin və Aİ arasında quru yüklərinin böyük hissəsi Qazaxıstan ərazisindən keçir. Onilliklər ərzində bu ticarət axınlarının çoxu Rusiyadan keçən şimal marşrutu ilə gedirdi. Ukraynada müharibə başlayandan, eləcə də Aİ-nin Rusiyaya qarşı sanksiyalarından sonra bəzi şirkətlər logistik əməliyyatlarını sanksiyaya məruz qalan ölkələrdən çıxarmağa başlayıblar. Bu, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına təkan verdi. O, Aİ ilə Mərkəzi Asiya arasında ticarət üçün, eləcə də Çin və Avropa arasında malların dənizdən daha sürətli tranziti üçün əlverişli alternativ təklif edir".
Səfirin qeyd edib ki, bir sıra araşdırmalara görə, bu marşrut üzrə yükdaşımaların üç dəfə artırılması üçün böyük potensial var:
"Bu, Qazaxıstanı qlobal iqtisadiyyatla daha yaxşı əlaqələndirməyə və regionda iqtisadi artımı təşviq etməyə kömək edəcək. Qazaxıstan eyni vaxtda Orta Dəhliz boyu daha yaxşı xidmətlər göstərmək üçün bir neçə layihə üzərində işləyir".
Qazaxıstan və Aİ arasında enerji sahəsində əməkdaşlıqdan danışan səfir qeyd edib ki, Qazaxıstan onilliklər ərzində Aİ-nin enerji tərəfdaşı olub və hazırda Aİ-nin neft istehlakının 8 faizindən çoxunu təmin edir:
"Bu, Rusiya neftinin Aİ bazarına daxil olmasını dayandırdıqdan sonra daha da vacib oldu. Belə ki, Aİ qeyri-rus mənşəli nefti sanksiyalardan azad edib və bununla əlaqədar Qazaxıstan neftinin böyük hissəsi Xəzər Boru Kəməri Konsorsiumu sisteminə daxil olmaqda davam edir. Eyni zamanda, Qazaxıstan Avropaya neft tədarükünü diversifikasiya etməyə çalışır. Neftin Xəzər dənizi və Azərbaycan vasitəsilə nəqli bunun yollarından biridir. Transxəzər neft tranzitinin həcmi son iki ildə artır, lakin inkişaf etmiş liman və nəqliyyat infrastrukturunun olmaması səbəbindən məhduddur. Alternativ ixrac marşrutlarının olması həmişə çox vacibdir".
Л.Yankauskas vurğulayıb ki, Aİ Qazaxıstanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsində də maraqlıdır:
"Aİ qalıq yanacağından imtina edir, ona görə biz Qazaxıstanla bərpa olunan enerji və yeni yaşıl texnologiyalar sahəsində əməkdaşlığı genişləndirməkdə çox maraqlıyıq. Qazaxıstan günəş və külək ehtiyatları ilə zəngin geniş əraziyə malikdir. Ölkə avropalı investorların köməyi ilə artıq bəzi bərpa olunan enerji istehsal güclərini quraşdırıb".
Onun sözlərinə görə, ən iri layihələrdən biri Qazaxıstanın Manqistau vilayətində “yaşıl” hidrogenin istehsalı üzrə Almaniya-İsveç "SVEVIND" layihəsidir:
"Bir neçə ildən sonra o, Qazaxıstanı nəinki “yaşıl” hidrogenlə təmin edəcək ki, bu da onun məhsullarını dünya bazarında daha rəqabətqabiliyyətli edəcək, həm də ölkəyə Avropaya “yaşıl” enerji tədarük etməyə imkan verəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihənin uğuru üçün mühüm rol oynayacaq".
Səfir qeyd edib ki, Avropa şirkətləri Qazaxıstanda da bərpa olunan külək və ya günəş enerjisi layihələrini uğurla inkişaf etdirir:
"Aİ-yə üzv dövlətlərinin Mərkəzi Asiyadakı fəaliyyətlərini birləşdirən su, enerji və iqlim dəyişikliyi üzrə "Team Europe" təşəbbüsü ilk 20 milyon avroluq proqramla başlayacaq və regional enerji əməkdaşlığı və regional enerji əməkdaşlığı və enerji sisteminin inkişafına dəstək verəcək. Avropadakı təcrübəmiz göstərir ki, belə əməkdaşlıq yaşıl keçidi stimullaşdıracaq və emissiyaları azaldacaq".
Ümumilikdə əməkdaşlığın hazırkı və mümkün istiqamətləri barədə danışan səfir qeyd edib ki, Qazaxıstanla Aİ arasında 29 sahədə əməkdaşlığın hüquqi əsasını təşkil edən Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi mövcuddur:
"Aİ ilə Qazaxıstan arasında ticarət əməkdaşlığı son bir neçə ildə inkişaf edir. Enerji, o cümlədən bərpa olunan enerji ən böyük əməkdaşlıq sahəsi olaraq qalmasına baxmayaraq, 2022-ci ilin noyabrında imzalanmış ikitərəfli Memorandumu ilə nəzərdə tutulduğu kimi, kritik xammal sahəsində əməkdaşlıq üçün artan potensial var".
Səfirin sözlərinə görə, kənd və su təsərrüfatı da yaxşı investisiya imkanları təklif edir.
"Öz növbəsində, TBNM-in inkişafı Mərkəzi Asiyanın bütün ölkələrindən yük axınlarını cəlb edəcək və təkcə tranzit deyil, həm də nəqliyyat-logistika qovşağının inkişafını təmin edəcək. Aviasiyanın inkişafı biznes, təhsil və turizm sahələrində insanlar arasında qarşılıqlı əlaqəni və təmasları yaxşılaşdıracaq. Bundan əlavə, rəqəmsal peyk rabitəsi layihəmiz ucqar kəndlərdə alternativ rabitə və daha yaxşı internet təmin edəcək", - deyə səfir bildirib.
K.Yankauskas qeyd edib ki, Aİ və Qazaxıstan 31 il əvvəl diplomatik münasibətlər qurub və o vaxtdan bəri tərəflər qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Bu illər ərzində Aİ Qazaxıstanın ən böyük ticarət tərəfdaşına və ölkədəki ən böyük investora çevrilib:
"Aİ qarşılıqlı əlaqələrimizi və Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyini və sabitliyini təşviq etmək üçün bir çox layihələr həyata keçirmişdir: sərhədlərin idarə edilməsi, qanunun aliliyi, qaçaqmalçılıqla mübarizə, su idarəçiliyi, yaşıl transformasiya, enerji səmərəliliyi, Aİ ilə regionlararası və ticarətin təşviqi, kiçik və orta biznes, təhsil, davamlılıq və insan kapitalının inkişafı”

Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |