18.02.2013 [00:20] - Gündəm, Sosial
QARADAĞLI. ETNİK TƏMİZLƏMƏNİN TARİXİ.
Qaradağlı kəndi Azərbaycanın Xocavənd rayonunda yerləşir (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin-nin Martuni rayonu)
Qaradağlı əhalisi 800 nəfərdən bir qədər çox olan adi Qarabağ kəndi idi. 1988–ci ildən başlayaraq kəndin həyatında dəyişikliklər baş verir, əfsuslar olsun ki bu dəyişikliklər heç də müsbət xarakter daşımırdı.
Alovlanmaqda olan Qarabağ münaqişəsi Qaradağlının da qapısını döyməyə başlayırdı.
1988–ci ilin əvvəlindən rayon mərkəzində Dağlıq Qarabağın və rayonun azərbaycanlılardan təmizlənməsi tələbi ilə ermənilərin keçirdiyi mitinqlərin ardı arası kəsilmirdi. Qarabağda yerli ermənilərdən eləcə də xaricdən və Ermənistandan qələnlərdən ibarət silahlı dəstələr peyda oldu, bu dəstələrin məqsədi azərbaycanlı əhaliyə təzyiq göstərmək onları doğma yurdlarını tərk etməyə məcbur etmək idi.
Bunu görən Qaradağlı sakinləri kəndin ətrafında postlar, həmçinin kənd əhalisini qorumaq üçün özünümüdafiə dəstəsi yaratdılar. Qaradağlı demək olar hər tərəfdən ermənilərin yaşadığı, və erməni silağlı dəstələrinin nəzarətində olan kəndlərlə əhatə olunmuşdu.
1991–ci ilin noyabrında kəndin yolu hər tərəfdən kəsilir, əhalini yalnız vertalyotlar vasitəsilə çıxarmaq mümkün olur, yerli özünümüdafiə dəstəsi 1992–ci ilin fevralına kimi kəndi qorumağa müvəffəq olur.
Qaradağlının bir çox sakini erməni quldurları tərəfindən qətlə yetirilmişdir belə ki, 1990–ci il 24 noyabr tarixində Xocavənd Xankəndi yolunun yaxınlığında kəndin 3 sakini qətlə yetirilir.
9 yanvar 1991–ci ildə “UAZ” markalı avtomobil kəndin yaxınlığında erməni quldurları tərəfindən atəşə tutulur, nəticədə bir nəfər yerindəcə həlak olur 4 nəfər yaralanır, yaralılardan ikisi bir müddət sonra vəfat edir.
8 mart 1991–ci ildə erməni silahlıları daha iki nəfər kənd sakinini qətlə yetirir.
28 iyun 1991–ci ildə ermənilər Qaradağlıdan bir neçə kilometr aralıda yerləşən fermada üç nəfəri (3 qadın 3 kişi) diri-diri yandırır.
8 sentyabr 1991–ci ildə Xankəndi-Xocavənd yolunda erməni silahlıları Ağdamdan Qaradağlıya gələn içərisində 40 nəfər sərnişinin olduğu avtobusu iki tərəfdən atəşə tuturlar. Nəticədə yerindəcə 8 nəfər (6 qadın, 2 yeniyetmə) həlak olur, çox sayda adam yaralanır, yaralılardan 5 nəfəri bir qədər sonra aldığı xəsarətlərdən vəfat edir.
8 yanvar 1992–ci ildə kəndin iki sakini Böyük vətən müharibəsi iştrakçısı Əliyev qasım və 23 yaşlı Məzahir Gülverdiyev ermənilər tərəfindən qətlə yetirilir.
Xüsusi qeyd etmək lazımdır ki, bu zaman ərzində (1989 – 1992) Dağlıq Qarabağ ərazisində yerləşən və azərbaycanlıların yaşadığı bütün kəndlər mütəmadi hücumlara məruz qalırdı.
1991–ci ilin noyabrında Qaradağlı hər tərəfdən mühasirəyə düşdü, kəndin işğalı ermənilər üçün böyük strateji əhəmiyyət kəsb edirdi (Qaradağlı Xankəndi ilə Martunini birləşdirən yolun üzərində yerləşir).
Qaradağlının işğalının qarşısını almaq üçün yerli özünümüdafiə dəstəsi 12 yanvar 1992–ci ildə “Aramo” və “Arabo” dəstələrinin qərargahı və çoxlu sayda erməni silağlısının cəmləşdiyi Xocavənd rayon mərkəzinə (Martuni) silağlı həmlə təşkil edir.
Bu həmlə kənd ətrafında toplanmış erməni quldurlarının diqqətini yandırır, onları rayon mərkəzinə oradakı ermənilərə kömək üçün qetməsinə səbəb olur.
Yanvarın 16 özünümüdafiə dəstəsinin üzvləri rayon mərkəzinə həmləni təkrar edir, və oradakı erməni güvvələrinə zərbə endirməyə nail olurlar.
Fevralın 14 də Qaradağlını mühasirədə saxlayan ermənilər kənd istiqamətində hücuma keçirlər, hücumda “Aramo” və “Arabo” dəstəsinin üzvləri eləcə da 366–ci alayın şəxsi heyyəti və texnikası iştrak edir. Ermənilər kəndi yalnız fevralın 17 kənddəki özünümüdafiə dəstəsinin üzvlərinin hərbi sursatı qurtardıqdan sonra kəndə daxil olub onu işğal edə bilirlər. Kənddə olan 118 nəfər əsir götürülür. Əsir götürülmüş insanlardan 33 nəfəri qətlə yetirilir (Markar Melkonyan 38 nəfərin oldürüldüyünü yazır). Məşhur erməni terrorçusu Qaradağlının işğal edən ermənilərə başçılıq etmiş Monte Melkonyanın qardaşı Markar Melkonyan ABŞ – da yazdığı “My Brother’s Road” (Mənim qardaşımın yolu) kitabında Qaradağlının işğalı haqda bunları yazır: “Aramo və Arabonun əsgərləri 38 nəfər əsiri göstərdilər, onların içərisində qadınlar da var idi, onlar kənddən aralı dərənin içərisində idilər.
Azərbaycanlı əsirlərdən biri bintlə sarılmış əlindən qumbara çıxararaq onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən onun ayaqının bir hissəsini qopardı. Aramo və Arabonun əsgərləri onsuzda əsirlərdən öldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər, bundan sonra onlar əsirləri bıçaqlamaqa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu o bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi. Monte kənddən aralı olan bu dərəyə gələndə orda yalnız bir taya insan qalıqları var idi”.
Digər əsirləri yük maşınlarına yükləyib Xankəndiyə aparırlar. Yol üstündə olan erməni kəndlərinin sakinləri çıxıb azərbaycanlı əsirlərə tamaşa edirdilər. Vaxtaşırı maşınlar dayanırdı əsirləri yerə düşürüb tamaşa edən ermənilərin qözü qarşısında güllələyirdilər. Xankəndiyə Qaradağlıda əsir götürülmüş 118 nəfərdən yalnız 52 nəfər qötürülür, qalanları yolda və kəndin özündə qətlə yetirilir.
Erməni əsirliyində daha 7 nəfər qətlə yetirilir. 45 nəfər əsiri Qırmızı Xaç təşkilatının vasitəçiliyi ilə əsirlikdən qaytarmaq olur.
Qaradağlıda qətlə yetirilənlərdən 10 nəfəri qadın 8 uşaq idi 2 ailə 4 üzvünü 42 ailə ailə başçısını itirir, 140 uşaq yetim qalır.
İşğaldan sonra kənd ermənilər tərəfindən dağıdılır və qarət edilir. Qaradağlıdakı qırğın Qarabağ müharibəsinin ən faciəli anlarındandır. Qaradağlıdan cəmi 8 gün sonra həmin canilər Xocalı sakinlərinə divan tutdular, Xocalıda 613 nəfər adam qətlə yetirilidi. Xocalı soyqırımı və Qaradağlı qırğını Qarabağ müharibəsinin qanlı səhifələrifir.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 km qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə , Xonaşen çayının sahilində yerləşir. Əhalisi əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülük və bostançılıqla məşğul olur. Kəndin vərəndəli, mirzəli, məmmədsəfili, mirzəxanlı, alılı, tağlı, məşəmmədli, qaradağlı, hacıus şədihüseynli, . məmmərzəli, gəmcilli, gülpərilər,əbülhəsənli . adlı tirə və nəsilləri var.
Şuşu, İtuçan qaya, Nağı meşəsi, Heydər bağı, Kar daş, Namaz ölən yol, Şirinin meşəsi, Manas dərəsi, Manas düzü, Musa dərəsi, Pişikli dərə, Dəhnə dərəsi, Bəylik bağı, Baba bulağı, Məmməd bulağı, Bəylik bulağı, Kar daş bulağı, Çanaq bulağı, Fındıqlı bulaq və s. coğrafi adlar qeydə alınıb.
1951-ci ildə Vərəndəli kəndi bir neçə kolxozda (Qaradağlı, Vərəndəli, Qağarza, Paravatumb) birləşdirildi. 1956-cı ildə Vərəndəli torpağının xeyli hissəsi Spitakşen və Müşkabad kəndlərinə paylandı. Vərəndə Dağlıq Qarabağın 5 tarixi mahalından (Vərəndə, Dizaq, Ceraberd, Xaçın, Talış) birinin adıdır. Məlumdur ki, mənşəcə qıpçaq tayfa birliyinə daxil olan tayfalardan biri də vərəndələr olmuşdur.
Kənd bir müddət Xonaşen Qaradağlısı da adlanmışdır. Qaradağlı toponimi XVI əsrdə qızılbaş tayfa birliyinə daxil olan qaradağlı tayfasının adındandır. Bu tayfa Səfəvilər hakimiyyəti uğrunda mübarizədə böyük rol oynamışlar. Tayfa öz adının Cənubi Azərbaycanın Qaradağ mahalından almışdır. Səfəvilər hakimiyyətə gələndən sonra qaradağlı tayfaları müxtəlif ərazilərə yayılmışlar. Azərbaycan Respublikasında olan Qaradağlı adlı kəndlər də məhz həmin tayfalara məxsus nəsillərin, ailələrin etnik adını özündə əks etdirir. Kəndin əsasını Cənubi Azərbaycanın Qaradağ mahalından gələn nəsil və tirələr qoymuşlar. Qaradağlılar türkdilli tayfa birliyi olan oğuzların kəngərli tayfasının qaraxanbəyli tirəsindəndir. Onlar XIII əsrdə Orta Asiyadan Cənubi Azərbaycanın Qaradağ mahalına gələrək orada məskunlaşmışlar.
Qaradağlılar əvvəl ağqoyunluların, səfəvililərin, şahsevənlərin, XVI əsrin əvvəllərində isə qızılbaşların tərkibində olmuşlar. Səfəvi şahı I Şah Abbas (1587-1629) qaradağlıları şahsenənlərlə birlikdə Şimali Azərbaycan ərazisinə köçürmüş, Şirvan hakimini onlardan təyin etmişdir. Qaradağlı adlı kəndlər məhz belə yaranmışdır.
Cənubi Azərbaycanda Qaradağ tarixi vilayəti hazırda Arasbaran adlanır. Bəzz qalası Qaradağın ərazisindədir. XVIII əsrin ortalarında Azərbaycanda yaranan xanlıqlardan biri Qaradağ xanlığı idi; o, İranla Rusiya arasında bağlanmış “Gülüstan sülh müqaviləsi”nə (1813-cü il) əsasən İranın hakimiyyəti altında qalmışdır.
Qaradağ toponimi qara və dağ sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qara sözü qədim türk dilində “böyük” və “rəng” anlamları daşımışdır. Deməli, Qaradağ sözü “böyük, uca dağ”, “süxurlarının rəngi qara olan dağ” anlamındadır. Dağ (tağ) sözünə VI-VIII əsrlər qədim türk yazılı abidələrində, XI əsr Mahmud Kaşğari lüğətində, XI-XII əsr “Kitabi-Dədə Qorqud” dastanlarında da rast gəlinir...
M.Vəliyev (Baharlı) göstərir ki, Qaradağlı etnonimi səlcuq tayfasına daxil olan bir qoldur. Qaradağlı toponimi qara və dağ leksemlərindən, eləcə də -lı şəkilçisindən ibarətdir. Azərbaycanda (Ağdam, Ağdaş, Balakən, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Xaçmaz, Xocalı, Xocavənd, Şəki, Tərtər, Ucar) Qaradağlı adlı 14 kənd vardır. Bu oykonimin paralellərinə İran, Qərbi Azərbaycan (Ermənistan), Türkiyə və digər ərazilərdə də rast gəlirik. Keçən əsrin 30-cu illərinə qədər Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında da çəkilir. XX əsrin 60-cı illərinədək Qərbi Azərbaycan (Ermənistan) ərazisində də Qaradağlı adlı kənd qeydə alınmışdır.
- Dağlıq Qarabağda özünün qədim tarixi ilə yanaşı özünəməxsusluğu ilə də seçilən Qaradağlı kəndi bu dilbər guşədə dünyaya gəlmiş saf əqidəli, pak niyyətli, mərd və qorxmaz insanları ilə hər zaman fərqlənmişdir. Qarabağ xanlığı dövründə, istərsədə çar Rusiyası zamanında Qaradağlı elinin nüfuzlu ağsaqqalarl, imkanlı adamları söz və mənsəb sahibləri olmuşlar.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonrakı dövrdə, yəni 1928- ci ildə Qaradağlı kəndində I - IV sinif həcmində ibtidai məktəb yaradılmış, 1956-cı ildə həmin məktəb genişləndirilərək 8 illik əsas məktəbə, 1974-cü ildə isə tam orta təhsil verən bilik ocağına çevirilmişdir. İşğal ərəfəsində (1991 - 1992- ci tədris ilində) məktəbdə təhsil alan şagirdlərin sayı 350 nəfərdən çox olmuşdur.
1936-cı ildə kənd sakinlərinin əmlakı hesabına kənddə “Qırmızı maldar” kolxozu yaradılır. Bu kolxoz bir neçə Erməni kəndləri ilə yanaşı yaxınlıqda yerləşən qədim Azərbaycanlı kəndi olanVərəndəli kəndini də özündə birləşdirirdi.
Böyük vətən müharibəsi başlananandan qurtarana kimi yəni 1941- 1945 – ci illər ərzində Qaradağlı və Vərəndəli kəndlərindən 53 nəfər cəbhəyə, döyüşən ordu sıralarına yola salınmış, onlardan yalnız 20 nəfəri sağ qayıtmışdır.
1951 - ci ildə heç bir zərurət olmadan azərbaycanlıların yaşadığı Vərəndəli kəndi ləğv edilərək Qaradağlı kəndinə birləşdirildi. Bu artıq Qarabağda erməni məqsədinin və məkrinin növbəti mərhələsi idi. Belə ki, azərbaycanlılar yaşayan kəndlərin adları məqsədli şəkildə dəyişdirilir, başqa kəndlərlə birləşdirilir yaxud tamamilə ləğv edilərək əhalisinin digər ərazilərə köçürülməsinə nail olunurdu. Məqsəd isə bir idi Vilayətdə demoqrafik vəziyyəti öz xeyirlərinə dəyişməklə seperatçılıq və terror əməllərinə əsaslı zəmin yaratmaq. Həmin dövrə kimi fəaliyyət göstərmiş Qaradağlı kənd sovetliyi də ləğv olunaraq Erməni kəndi olan Qağarza kənd sovetliyinə birləşdirilir. Eyni vaxtda Qaradağlı kənd kolxozu da ləğv olunur və ermənilər yaşayan kəndlərin təsərüfatları ilə birlikdə “Miçurin” adına kolxozda birləşdirilir. 1971-ci ildə Qaradağlı kəndi erməni kəndlərindən ayrılaraq “N. Nərimanov” adına kolxoz yaratmış, 1980-ci il oktyabr ayının 2-də isə Qaradağlı kənd sovetliyinin fəaliyyəti yenidən bərpa olunmuşdur.
Lakin amalları qurub yaratmaq, doğma yurdun daha abad, daha yaraşıqlı olması üçün gecə gündüz halal zəhmətlə yorulmadan çalışan insanların həyat düzəmləri elə 80-ci illərin sonlarından, mənfur qonşularımızın torpaq iddiası baş qaldırandan sonra pozuldu. Zorla cəlb olunduğumuz ədalətsiz müharibədə bu kəndin başı çox bəlalar, müsibətlər çəkdi və 17 fevral 1992-ci il tarixdə 200 təsərrüfatı, 800 nəfərdən çox sakini olan Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu, yandırılaraq, əmlakları talan edildi. Qarabağ müharibəsində kənddə 43 ailə başçısını itirmiş, 91 nəfər dinc sakin erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

Bu xəbər oxucular tərəfindən 1105 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |