17.02.2013 [12:36] - Güney Azərbaycan xəbərləri
Bu gün – 16.02.2013-cü il tarixində, saat 12 radələrində Güney Azərbaycanın Qoşaçay şəhərində ETTELAAT məmurları Yeni GAMOH Mərkəzi Komitəsinin (MK) üzvü Behbud Quluzadənin dükanına basqın edərək onu tutublar. ETTELAAT məmurları dükandakı kompüterləri, CD-ləri və bir çox başqa əşyaları da özləri ilə aparıblar.
Onu da bildirək ki, Behbud Quluzadə Güney Azərbaycan Milli Hərəkatında çox nüfuzlu bir milli fəaldır. O, dəfələrlə tutulmasına baxmayaraq öz mübarizəsini davam etdirir, yaşadığı şəhərdə çox hörmətlə qarşılanır.
Behbud Quluzadə 2010-cu ildə də tutulmuş və 6 ay ETTELAAT işgəncə altında qalmışdır. O, artıq Yeni GAMOH MK-nin 5-ci üzvüdür ki, tutulur. Bu təşkilatin sədri Lətif Həsənli və MK-nin üzvləri Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehr də hal-hazirda ETTELAAT-da işgəncə altindadırlar.
Yeni GAMOH Mərkəzi Komitəsinin tutulmuş üzvləri:

Bu xəbər oxucular tərəfindən 1113 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |