15.05.2024 [10:33] - Gündəm, Hərb
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hər iki ölkənin hərbi mütəxəssisləri arasında işçi görüş keçirilib.
MN-ə istinadən xəbər veririk ki, Özbəkistanlı qonaqlara Müdafiə Nazirliyinin Şəxsi Heyət baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən Azərbaycan Ordusunda ideoloji işin təşkili və hərbi psixoloqların hazırlığı istiqamətində görülən işlərdən danışılıb, eləcə də idarənin əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəyə səbəb olan amillərdən birinin də məhz Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək mənəvi-psixoloji hazırlığının olduğu xüsusi vurğulanıb.
Şəxsi heyətin tərbiyəvi, ideoloji, mənəvi-psixoloji işinin təşkil edilməsinin öyrənilməsi və informasiya-psixoloji əməliyyatlara qarşı mübarizə sahəsində təcrübə mübadiləsi məqsədilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb və bu cür görüşlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə, həmçinin nümayəndə heyətinə Azərbaycan Ordusunda ideoloji işin və mənəvi-psixoloji hazırlığın təşkili barədə ədəbiyyatlar və müxtəlif dərs vəsaitləri təqdim olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Bu xəbər oxucular tərəfindən 1580 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |