Şrift:
İranın Ali Məhkəməsi Qumtəpədə tutulan fəalların 3-nün etirazını rədd edib
18.02.2013 [10:46] - Güney Azərbaycan xəbərləri, Hüquq
İranın Ali Məhkəməsi keçən həftə 3 nəfər milli-mədəni fəalın dosyesinə yenidən baxmaqdam imtina edib.
Bundan öncədə Qumtəpədə tutuqlanan digər milli-mədəni fəallar məhkəmənin qərarına etiraz etmişdilər və onların etirazı da rəd edilmişdir.
Qeyd edək ki, 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı çoxsaylı azərbaycanlı fəal bir araya gəlmişdir. Onlar Urmu Gölünü böhrandan qurtarmaq yollarını araşdırmaq məqsədi ilə yığıncaq keçirirmişdir. Lakin, bütün fəallar təhlükəsizlik məmurlarının hücumuna məruz qalıb və tutuqlanmışdır. Təbriz inqilab məhkəməsi onların hər birini ağır həbs cəzasına məhkum edib.
Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed