18.02.2013 [10:57] - Güney Azərbaycan xəbərləri
İran İslam Respublikasının dini lideri əyətullah Əli Xamneyiyə yaxın ruhanilərdən olan “Əmmar” qərargahının rəisi Mehdi Taib fevralın 14-də “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) təşkilatına üzv tələbələr qarşısında çıxış edərək Suriya hökumətinin İran üçün əhəmiyyətindən danışıb.
Suriyanı İranın bir əyaləti, özü də strateji əhəmiyyəti olan əyaləti adlandıran Mehdi Taib deyib ki, bu “əyaləti” qorumaq İranın Xuzistan əyalətini qorumaqdan da vacibdir: “Əgər düşmən hücum çəkib Suriyanı və Xuzistanı bizdən almaq istəsə, biz əvvəl Suriyanı qorumalıyıq. Suriya bizim üçün prioritet olmalıdır. Biz əvvəl onu qoruyub saxlamağa çalışmalıyıq. Çünki Suriyanı qoruya bilsək, sonra Xuzistanı da düşməndən geri ala bilərik. Yox, əgər Suriyanı itirsək, Tehranı da əlimizdə saxlaya bilməyəcəyik”.
Mehdi Taib bildirib ki, Suriya hakimiyyətinin ixtiyarında ordu olsa da, həmin ordu şəhərlərin içində müharibə aparmaq üçün kifayət qədər gücə malik deyildi: “Elə buna görə də İran hakimiyyəti onlara şəhərlərdə müharibə aparmağa qadir olan “Bəsic” təşkilatını – Suriyanın öz “Bəsic”ini yaratmağı təklif etdi. Beləliklə də 60 min “Hizbullah”çının iştirakı ilə Suriyanın “Bəsic” təşkilatı yarandı və bu gün həmin qüvvələr Suriya şəhərlərinin küçə və meydanlarında müxaliflərə qarşı aparılan müharibədə təşəbbüsü ələ alıb”.

Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |