Şrift:
Fərəc Quliyev:Böyük güclər Qafqaz uğrunda savaşda Ermənistan və Gürcüstan amilindən istifadə edirlər
17.05.2024 [18:51] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Ermənistan və Gürcüstanda baş verənlər böyük güclərin yeni dünya düzəni uğrunda toqquşmasının göstəricisidir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Gürcüstan və Ermənistanda baş verən proseslər, Qərblə Rusiyanın savaşı, regionda cərəyan edən hadisələrin Azərbaycana təsirini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.



Fərəc Quliyevin sözlərinə görə, regionda baş verən proseslər Azərbaycana təsirsiz ötüşməyəcək.

“Bölgədə baş verən proseslərin Azərbaycana təsiri var. Həm Azərbaycan aparıcı dövlətdir, həm də həmin dövlətlər qonşuluqda yerləşir. Münasibətlər olmasa belə qonşu dövlətlərdə baş verən hər hansı hadisə humanitar fəlakət həddinə çatanda bölgəyə təsir edə bilir, – deyə o bildirib.

Partiya sədri qeyd edib ki, bölgədə baş verənlər ayrı-ayrı zəncirin həliqələri kimi görünsə də, bir zəncirin həlqələridirlər:

“Bunlar böyük güclərin yeni dünya düzəni uğrunda toqquşmasının göstəricisidir. Hər bir böyük dövlət istəyir ki, kiçik dövlətləri özünün peykinə çevirsin. Onların vasitəsi ilə bölgədə mövcud olsun. Bu məsələdə iqtisadi maraqlar da var.

Rusiya Ukrayna müharibəsi və onun gözlənilən nəticələri də prosesi alovlandırır”.

F.Quliyev hesab edir ki, böyük güclər Qafqaz uğrunda savaşda Ermənistan və Gürcüstan amilindən istifadə edirlər:

“Azərbaycan bu məsələdə ona görə istifadə olunmadı ki, Bakı müstəqil siyasət həyata keçirdi. Azərbaycanı da qatmağa çalışdılar. “Azərbaycan Zəngəzura hücum edəcək”, “Azərbaycan Ermənistanı işğal edəcək” kimi fikirlər ortaya atmışdılar. Ancaq Azərbaycan buna getmədi. Azərbaycan proseslərdən yaxşı mənada kənarda qalıb. Azərbaycan nə KTMT-nin, nə də NATO üzvü olmadığı üçün rahat manevr edə bilir”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed