17.05.2024 [21:02] - Xəbərlər, Gündəm, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Əli Kərimli də qayıdıb düz yola gəlsin"...
Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub.
Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib.
Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq, təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb.
“Bunlar bəzi məsələləri 30 il sonra başa düşürlərsə, bu bizim problemimiz deyil”
Bakı-Xəbər” olaraq, görüşdə iştirak edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdən toplandı ilə bağlı təəssüratlarını öyrəndik:
- Fərəc bəy, 25 partiyanın iştirakı ilə keçirilən görüşün təşəbbüsü kimdən gəlib?
- Təşəbbüs Prezident Administrasiyasından gəlmişdi. Bu görüş dialoq platformasında növbəti addım sayıla bilər. Çünki bu görüşdə, demək olar ki, ölkənin bütün siyasi partiyaları iştirak etdi və müxtəlif faydalı məsələlər ətrafında müzakirələr aparıldı. Hesab edirəm ki, bu görüş həm maarifləndirmə xarakteri daşıdı, həm də gələcək əməkdaşlığa yol açdı.
- Diqqətimizi çəkən bu oldu ki, əvvəlki görüşlərdən fərqli olaraq, bu formatda bəzi dövlət qurumlarının da nümayəndələri iştirak edirdi. Bu hansı zərurətdən doğub?
- Partiyaların iştirakçı olan qurumlarla işləri olur. Ədliyyə Nazirliyi, MSK, Maliyyə Nazirliyi, Hesablama Palatası ilə əməkdaşlığı zəruridir. Hörmətli Ədələt müəllim bir fikir dedi ki, sözügedən qurumların məhz siyasi partiyalarla işləyən əməkdaşları görüşə dəvət olunub. Bu da bundan sonrakı problemlərin həlli üçün olduqca vacibdir. Onlar həm də üzərlərinə düşən məsuliyyət, qarşılıqlı iş mexanizmi haqqında hesabat və maarifləndirmə işləri də gördülər.
- Bütün dəvət olunan partiyalar görüşə gəlmişdi, yoxsa görüşdən imtina edənlər də oldu?
- Təkcə AXCP adı altında fəaliyyət göstərən “Yurd” iştirak etmədi. Mən çıxışımda da dedim ki, hələ 2002-ci ildə mən dialoq çağrışı edirdim. Deyirdim ki, dalaşmaqdan əvvəl danışmaq lazımdır. Buna etiraz edirdilər. Sonra Müsavat gedib 2010-cu ildə xaricdəki bir erməni təşkilatı ilə əməkdaşlıq sazişi imzaladı. “Yurd” da gedib 2013-cü ildə Moskvada əsası qoyulan “Milli Şura” ilə əməkdaşlıq etdi. Bu baxımdan da onların iştirak etməməyi heç nəyi dəyişmir. Mən bunu milli maraqlarla uzlaşmayan bir davranış sayıram.
- Axı, deyəsən bu dəfə Müsavat iştirak edib…
- Bəli, Müsavat, sədri ilə olmasa da, nümayəndəsi səviyyəsində iştirak etdi.
- Bundan qabaqkı formatlarda keçirilən görüşlərə lağla yanaşan Müsavat səhvini anlayıbsa, ola bilərmi ki, sonrakı görüşlərdə AXCP də iştirakçılar arasında olsun?
- Bunlar bəzi məsələləri 30 il sonra başa düşürlərsə, bu bizim problemimiz deyil. Ölkə daxilində əməkdaşlıqdan yayınırlar, ancaq gedib xaricdə hətta ermənilərə bağlı qurumlarla görüşürlərsə, bu anormaldır. İndi anlayıblar ki, milli məsələdə partiya yox, dövləti maraqlardan çıxış etmək lazımdırsa, çox yaxşı. İstərdim ki, Əli Kərimli də qayıdıb, düz yola gəlsin.
- Görüşdə mediaya çıxmayan hansı məsələlər qaldırıldı?
- Mən də iki təkliflə çıxış etdim. Proporsional seçki sisteminin bərpası və telefon nömrələrinin reyestrdən çıxarılmasını təklif etdim. Səslənən bütün təkliflərlə bağlı qeydlər götürüldü və onların həllinə söz verildi.
- Bu formatın gələcəkdə davamı nəzərdə tutulurmu?
- Gözlənilir. Hətta Ədalət müəllim dedi ki, hər məsələ haqqında ayrı-ayrılıqda müzakirə aparılsın. Çox ciddi irəliləyişdir. Bir vaxtlar problemimizi, dəstəyimizi bəyanat verməklə çatdıra bilirdiksə, indi lazım olan məsələlərin birlikdə müzakirəsi iqtidarın da məsələyə tolerant münasibətidir. Milli iradəni hakimiyyətdəki partiya qazanıbsa, görüşü keçirmədən də bəzi problemləri həll etmək olar. Bir sözlə, belə bir görüşün keçirilməsi demokratiyanın əlaməti kimi qəbul oluna bilər.
- Minnətdarıq, sizə uğurlar arzulayırıq.
- Təşəkkür edirəm!
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 3506 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |