18.02.2013 [12:19] - Mədəniyyət, DAVAMın yazıları
Tiflisdə Azərbaycan dilində çap olunan "Ziyayi-Qafqasiyyə" qəzetinin 4 mart 1884-cü il tarixli 2-ci nömrəsinin ilk səhifəsindəki "Risaleyi-hesabiyyə"(Hesab kitabı-N.N.) başlıqlı kiçik bir xəbər anadilli ilk dərsliklərimizin tarixini,məzmununu və məsələyə o dövrün metodiki yanaşmasını öyrənmək baxımından maraq doğurur. Bu xəbərin müəllifi qəzetdə açıq şəkildə göstərilməsə də,yazının məzmunundan,üslubundan və səhifədə tutduğu yerdən onun "Ziya"nın redaktoru, əsas mühərriri və sahibi-imtiyazı Səid Əfəndi Ünsizadə tərəfindən yazıldığı aydın şəkildə hiss olunur. Xəbəri olduğu kimi,üslubuna və imlasına müdaxilə etmədən elmi ictimaiyyətin diqqətinə çatdırırıq:
"Risaleyi-hesabiyyə"
Məzkur isimdə tazə hesab kitabı "Kəşkül" mətbəəsi ( "Kəşkül" 1883-1891-ci illərdə Tiflisdə Azərbaycan dilində çap olunmuş mətbu orqanın adıdir. Bir neçə nömrəsi jurnal şəklində buraxılsa da ,sonralar qəzet kimi fəaliyyət göstərmiçdir. "Kəşkül" əvvəllər "Ziya" qəzetinin mətbəəsində,sonralar isə Cəlaləddin Əfəndi Ünsizadənin öz şəxsi mətbəəsində nəşr olunmuşdur-N.N.) təb və nəşr eləmişdir ki, bir nüsxəsini biz dəxi almışıq. Xeyli xanə(oxunaqlı-N.N.) xətt ilə basılmışdır. İbarəsi dəxi sadə açıq türkcədir. "Risaleyi-hesabiyyə" müsəlman məktəblərində şagirdlərə hesab elmini öyrətmək üçün yazılmışdır. Müqəddimati-hesabiyyə ilə bir xeyli məsələləri və qaidələri öyrədir. Qiyməti məktəblər üçün biri otuz qəpikdəndir. Məzkur "Kəşkül" qəzetəsinin bu xidmətindən təşəkkür edilməlidir"
Bu xəbərin izi ilə arxivləri ələk-fələk eləsək də, uzun müddət "Hesab" kitabını tapa bilmədik. Nəhayət, kitabın bəzi
mütəxəssislərə məlum olan yeganə nüsxəsinin M.Y.Saltıkov -Şedrin adına Rusiya Milli Kitabxanasında saxlandığını öyrəndik.
"Hesab" dərsliyinin mikrofilmi 12 iyun 1963 -cü ildə sifariş verilərək M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına gətirilmişdir.
"Hesab" dərsliyi haqqında B.Ağayevin 1964-cü ildə çapdan çıxmış "Azərbaycan sovet məktəbində riyaziyyatın tədris tarixinə dair" monoqrafik tədqiqatında qısa şəkildə söz açılmışdır.
Dərslik haqqında ilk dəfə bu sətirlərin müəllifi ayrıca elmi məqalə yazılmış, maraqlı bir əsər haqqında elmi ictimaiyyət geniş şəkildə məlumatlandırılmışdır.
Dərslik cəmi 28 səhifədir. Mötərizədə "qismi-əvvəl" yazıldığına görə onun digər hissələrini də axtarmaq arzusu da ortaya şıxır. Lakin hələlik bu istiqamətdəki axtarışlar nəticəsiz qalmışdır. Kitabın üz qabığında müəllifin adı AXUND CƏLAL kimi göstərilir.
Biz bu qənaətdəyik ki, Axund Cəlal "Ziya"nın redaktoru, vaxtılə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü olmuş görkəmli maarifçi Səid Ünsizadənin ortancıl qardaşı "Kəşkül" qəzetinin redaktoru Cəlaləddin Əfəndi Ünsizadədir. Sünni təriqətinə mənsub olan Cəlalın (Cəlaləddinin-N.N.) "AXUND" kimi təqdimatı Senzor Komitəsinin əməkdaşlarının fikrini yayındırmaq məqsədi daşımışdır. Belə ki, tarixin bu vaxtında bir sıra bədxah adamlar Ünsizadə qardaşlarının geniş maarifşilik fəaliyyətindən qorxuya düşərək, onları qaralamaq ,hökumətin nəzərindən salmaq fikrinə düşmüşdülər. Bu kompaniya sonralar da davam etdirilmiş,Ünsizadə qardaşları türk dünyasının o vaxtkı baş şəhərinə-İstanbula köçməli olmuşlar.Qardaşlar türk dünyası üşün çox əhəmiyyətli olan öz maarifçilik fəaliyyətlərini burada da davam etdirmişdilər.
Dərslik "Ziya" mətbəəsi əsasında yaradılmış "Kəşkül" mətbəəsində təb və nəşr edilmişdir. Kitabın nəşr ili üz qabığında müsəlman təqvimi ilə 1301 göstərilir ki, bu da miladi tarixin 1884-cü ilinə uyğundur.
Qeyd edək ki, "Risaleyi -hesabiyyə" Ünsizadə qardaşlarının öz şəxsi mətbəələrində çap etdirdikləri üçüncü dərslikdir.
"Risaleyi hesabiyyə" ərəb dilində yazılmış dərsliklərə uyğun şəkildə tərtib edilmış, titul səhifəsində onun "mübtədi müsəlman şagirdlərinə(ibtidai siniflərdə oxuyan Azərbaycan məktəblilərinə-N.N.) məxsus olduğu xüsusilə vurğulanmışdır.
Senor Komitəsi dərsliyin nəşrinə 14 yanvar 1884-cü ildə icazə vermişdir.Deməli, dərsliyin yazılma tarixi daha əvvəllərə, bəlkə də Cəlal Əfəndinin Şamaxıdakı "Məslis Məktəbind"ndə işlədiyi illərə (1874-1878) gedib çıxır. Maraqlıdır ki, məşhur şair,Ünsizdələrlə əqidə və məslək dostu olan S.Ə.Şirvaninin 1878-ci ildə yazıb tamamladığı "Rəbiül-ətfal" ("Uşaqların baharı") dərsliyi də Cəlal Əfəndi Ünsizadə ilə birlikdə "Məclis məktəbi"ndə müəllim işləyərkən verdiyi dərslər əsasında ərsəyə gəlmişdir.
Nə isə...
C.Ünsizadə "Hesab" dərsliyinin birsəhifəlik müqəddiməsində əsərin yazılma səbəblərindən söz açır,əsərin yazılmasında istifadə etdiyi qaynaqları göstərir:
"Bizim müsəlman məktəblərində fənni-hesab təlim olunmayır. Onun səbəbi dilimizdə mübtədilərə məxsus bir kitab olmamağıdır.Məəhaza(bununla bərabər-N,N.),elmi-hesaba olan olan ehtiyacımızı gizlətmək olmaz.Çünki bizim övladımız məktəbdən çıxıb ticarət ilə məşğul olurlar ki, tüccara (tacirlərə-N.N.) da hesabı bilmək zəruridir".
Müəllif daha sonra yazır: "Bis bu əşkalı Şeyx Bəhaəddin Əleyhirəhmanın (ona rəhmət olsun!) ərəb dilində təlif elədiyi "Xülaseyi--əlhesab" ilə rəf də bilmərik. O kitabı bizim tələbələrdən müntəhiləri (bitirənləri-N.N.) həzar məşəqqət ilə öyrənirlər".
Dərslik müəllifi ana dilində verilən təlimə üstünlük verərək, ürək aörısı ilə yazır:
" Ərəbcə yazılmış olan bir kitabı türkcəyə öz madərzadi (anadangəlmə-N.N.) dilimizə nəql eləmək müşkülmüdür? Fənni-hesabı ərəblər öz dillərinə gətirdikləri kimi biz də gətirə gətirə bilərik. Bu mühüm əmrə şüruh olunmaq ( şərh vermək-N.N.) bizim millət məktəblərinə nəzarət edən baş ruhani dairələrinin ( o vaxtlar Zaqafqaziya Ruhani İdarələrinə şeyxülislam Əhməd bəy Hüseynzadə və müfti Hüseyn Əfəndi Qayıbov rəhbərlik edirdilər-N.N.) borcu isə də biz onlara kömək vermək niyyətilə və millətimiz ətfalının nəfini mülahizə etməklə işə şüruh edib bir neçə Şərq və Qərb asarından (əsərlərindən) xülasə bir "Risaleyi-hesabiyyə" dilimizə nəql elədik. Bu niyyət və zəhmətin bənayi- millətə faidəli olacağınaəminəm".
Müqəddimənin sonunda adını "Cəlal" (axundsuz-N.N.) kimi göstərən müəllif dərsliyi yeni üsulla tərcümə və təlif etdiyıni vurğulayır. Dərslikdə hesab elminə aid qaydalar, təriflər,metodiki güstərişlərlə yanası, 28 nömrə ilə 27 məsələ də verilmişdir. Məsələr bu gün də şagirdlərin riyazi təfəkkürünü inkişaf etdirmək baxımından çox maraqlı görünür.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin kafedra müdiri.
Bakı,16 .02.2013-cü il.

Bu xəbər oxucular tərəfindən 1765 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |