Şrift:
Ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası müəyyənləşib
21.05.2024 [10:25] - Gündəm, İqtisadiyyat
Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Təsdiq edilmiş Qaydada aşağıdakılar nəzərdə tutulub:

- dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsipləri;

- ərzaq məhsullarının dəyərinin hesablanması ilə bağlı meyarlar;

- satınalma prosedurunun elektron sistem üzərindən həyata keçirilməsi;

- istehsalçı və satıcıların satnalma ilə bağlı təqdim etdikləri sənədlərin (məlumatların) düzgünlüyünün, həqiqiliyinin yoxalınlması;

- müqavilə və satınalma şərt və tələblərinə əməl etməyən istehsalçı və satıcıların satınalmada iştiraklarının məhdudlaşdırılması.

Qərarın qəbul edilməsi ilə ölkədə əlverişli aqrobiznes mühitinin formalaşdırılması, ərzaq məhsulları bazarında, tədarük prosesində haqsız rəqabət meyillərinin qarşısının alınması və kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əlverişli ticarət mühitinin formalaşdırılmasına müsbət təsir göstərəcək.

“Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed