Şrift:
Azərbaycanın təşəbbüsü ilə “Made in Turan” brendi yaradılıb
22.05.2024 [10:10] - Gündəm, İqtisadiyyat, Türk dünyası-Turan
Azərbaycanın təşəbbüsü ilə Türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb.

Bu barədə açıqlamasında Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) idarə heyyətinin sədri Camid Mövsümov deyib. O bildirib ki, layihənin ideya müəllifi AFA-dır. Layihədə əsas iştirakçı ölkələr kimi 7 türk dövlətinin, həmçinin Macarıstanın daxil edilməsi planlaşdırılır. Marka sözügedən ölkələrdə bütün istehsal edilən məhsullara şamil edilə bilər.

"Cənubi Koreyadan, Kanadadan, Türkiyədən bu markanın tətbiqi ilə bağlı artıq müraciətlər var. Mayın 22-dən artıq prosesə start verilir, struktur hazırlanır. 2025-ci ilin fevral ayında Türk Dövlətləri İqtisadi Forumunda şirkətlərə rəsmi şəkildə tətbiqinə başlanacaq. Bütün sözügedən dövlətlərə markanın tətbiqi ilə bağlı müraciət ediləcək. “Made in Turan” markasına xüsusi güzəştlər planlaşdırırıq. Bundan əlavə, müxtəlif xarici ölkələrdə "Turan Evləri”nin qurulması nəzərdə tutulub"- C. Mövsümov əlavə edib.
Bu xəbər oxucular tərəfindən 1029 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed