Şrift:
Aİ Transxəzər nəqliyyat dəhlizini multimodal iqtisadi qapıya çevirmək istəyir
23.05.2024 [10:03] - Gündəm, İqtisadiyyat
Aİ Transxəzər nəqliyyat dəhlizini multimodal iqtisadi qapıya çevirmək istəyir.

Bunu Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə direktorunun baş müşaviri Henrik Hololey Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin (CPC) təşkilatçılığı ilə keçirilən VIII Transxəzər Forumu zamanı deyib.

“Diqqət yetirdiyimiz əsas layihələrdən biri Transxəzər Nəqliyyat Dəhlizinin müasir multimodal iqtisadi qapıya çevrilməsidir. Dəhlizi rəqabətli, proqnozlaşdırıla bilən, əlçatan və dayanıqlı etmək bizim maraqlarımızdadır”, - deyə o vurğulayıb.

Hololey bildirib ki, bu dəhlizin inkişafı heç vaxt indiki qədər vacib olmayıb.

Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrinin dəmir yolu konteyner yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz yük axınının Çindən Türkiyə, o cümlədən Avropa ölkələrinə və əks istiqamətdə artmasına şərait yaradır.

Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün ərzində yükləri Çindən Avropaya çatdırır və bu, qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed