24.05.2024 [11:21] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Diplomatik etiketə görə ölçülü-biçili ifadə deyil”
ABŞ dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasını şərh edib.
Onun sözlərinə görə, Rəisinin prezident kimi dəhşətli hərəkətlərini nəzərə alsaq, İran xalqı yəqin ki, onsuz daha yaxşı vəziyyətdə olacaq: “Biz, şübhəsiz ki, onun ölümünə yas tutmuruq".
Maraqlıdır ki, daha əvvəl ABŞ Dövlət Departamenti İbrahim Rəisinin və digər İran rəsmilərinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı verib.
Bundan sonra Blinkenin belə fikir səsləndirməsini necə bsşa düşə bilərik?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə münasibətin sərgilənməsi ona da qəribə gəlib: “ABŞ-İran münasibətlərindəki sərinlik bizə bəllidir. Ancaq hansısa ölkənin rəhbəri vəfat edəndə və ya faciəli şəkildə həlak olanda, siyasi münasibətlərin dərəcəsindən asılı olmayaraq, ya başsağlığı verilir, ya da susulur. Blinkenin belə fikir səsləndirməsi göstərir ki, onlar İranın indiki rejimini çox qəzəbli şəkildə izləyirlər. Görünür, Rəisinin də siyasətini qəbul etməyiblər. Bir neçə başlı çağırış var. Biri budur ki, sanki onları daha çox İran xalqının mənafeyi düşündürür. Ona görə deyir ki, yəni sizin haqlarınızı tapdayan adamlara biz başsağlığı belə vermirik. İkincisi, nəzərə çatdırır ki, siz növbəti seçkilərdə daha mötədil bir adam seçməlisiniz. Yəni İran rejimi öz siyasətində müəyyən redaktələr etməlidir. Belə fikirlər var ki, qəzanın baş verdiyi helikopter ABŞ istehsalıdır. Sanksiyaya məruz qalan İran ehtiyat hissələri ala bilmədiyi üçün köhnəlmiş texnikadan istifadə edir. Blinken demək istəyir ki, yumşalma olarsa, onlar da sanksiyaları yumşalda bilərlər. 3-cü məsələ xəbərdarlıq xarakterlidir. Nəzərə çatdırmaq istəyir ki, nə qədər belə radikal adamlar hakimiyyət başında olacaqsa, ABŞ-ın basqıları davam edəcək. Həm də İranın müttəfiqlərinə hədədir ki, onlara da münasibət eynidir. İrandakı rejimi devirmək istəyənlərə demək istəyir ki, sizinlə bir yerdəyik. İran xalqına işarə edir ki, hər bir adamın sağlığındakı hərəkətlərinə adekvat olan reaksiyanı göstərin. Prinsip etibarı ilə, diplomatik etiketə görə ölçülü-biçili olan ifadə deyil. Bundan əvvəl ABŞ Dövlət Departamenti adından başsağlığı da verilmişdi. Blinkenin bu fikri bütöv ABŞ dövlətinin mövqeyi kimi qəbul edilməyə də bilər”.
Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin İbrahim Rəisinin faciəvi ölümü ilə bağlı qalmaqallı bəyanatını şərh edərkən deyib ki, bu, bütöv bir xalqa münasibətdə kobud bəyanatdır və bunun peşəkar bir Amerika diplomatı tərəfindən edilə biləcəyinə inanmaq çətindir:
"Düzünü desəm, bu ifadəni hələ ki, orijinaldan görməmişəm. Bir diplomatın, xüsusən də Amerika Birləşmiş Ştatları kimi ölkənin yüksək rütbəli nümayəndəsinin belə diplomatik baxımdan yöndəmsiz bəyanatla çıxış edə biləcəyinə inanmaq çətindir. Bu həm də mahiyyət etibarı ilə bütöv bir xalqla bağlı məzəmmətli bir bəyanatdır".
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |