Şrift:
Makron 24 ildə ilk dəfə Almaniyaya səfər edən Fransa lideri olacaq
27.05.2024 [09:59] - Gündəm
Fransa Prezidenti Emmanuel Makron ikitərəfli əməkdaşlığı müzakirə etmək üçn Almaniyaya səfər edəcək.

Bu barədə Yelisey Sarayı məlumat yayıb.

Bu gün başlayan səfər mayın 28-dək davam edəcək.

Bildirilib ki, səfərdə iyunun 9-da Avropa Parlamentinə keçiriləcək seçki ərəfəsində Avropanın suverenliyini gücləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

Fransa mediasının qeyd etdiyi kimi, səfərdə ilk növbədə məqsəd geniş spektrli məsələlər üzrə mütəmadi olaraq yaranan fikir ayrılıqları fonunda Almaniya ilə münasibətləri canlandırmaq olacaq.

Bu, Fransa liderinin son 24 ildə Almaniyaya ilk dövlət səfəridir.
Bu xəbər oxucular tərəfindən 199 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed