Şrift:
İrəvanda seçkinin nəticələrinin saxtalaşdırılmasına qarşı müddətsiz etiraz aksiyası başlayıb
19.02.2013 [10:18] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
İrəvanda Mərkəzi Seçki Komissiyasının binası qarşısında gecə saatlarında prezident seçkilərinin səsverməsinin nəticələrinin saxtalaşdırılmasının əleyhinə etiraz aksiyası başlayıb. Bu barədə «Armİnfo» məlumat verir. Aksiya iştirakçıları etirazın müddətsiz olduğunu və tələbləri yerinə yetirilənədək meydandan getməyəcəklərini bəyan ediblər.

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində təşkil olunmuş 1988 seçki məntəqəsinin hamısından gələn nəticələrin sayıldığını bildirib. Alınan nəticələrə görə, hazırkı prezident Serj Sərkisyana seçicilərin 861 min 167 nəfəri, yəni 58,64%-i səs verib. Beləliklə Sərkisyan seçkilərdə qalib gəlib.

İkinci yerdəki Raffi Ovanisyanın 36,75% səsi var. Lakin gecə saatlarında tərəfdarları qarşısında etdiyi çıxışında R.Ovanisyan seçkilərdə qalib gəldiyini bəyan edib.

Digər namizədlərdən Qrant Baqratyan da seçkilərin saxtalaşdırıldığını iddia edib.

DAVAM.AZ: - Qədim Azərbaycan torpaqlarında işğalçılar seçki keçirirlər.
Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed