Şrift:
TAP konsorsiumu bu ilin ilk 4 ayı ərzində qaz tədarüklərinin həcmini açıqlayıb
30.05.2024 [10:16] - İqtisadiyyat
Trans-Adriatik boru kəməri (TAP) ilə 2024-cü ilin ilk dörd ayı ərzində 4 milyard kubmetr qaz tədarük olunub.

Bu barədə TAP AG" konsorsiumundan bildiriblər.

Konsorsiumun məlumatına görə, boru kəməri ilə 35 milyard kubmetr qaz nəql olunub.

Qeyd edək ki, bu yaxınlarda energetika naziri Pərviz Şahbazov bildirib ki, qaz ixracı 2023-cü ildəki 23,8 milyard kubmetrlə müqayisədə, bu il 24 milyard kubmetri ötəcək.

"Həcmin yarısı Avropaya gedəcək. Azərbaycan qazının tədarük coğrafiyası genişlənir. Bu il 48 milyard kubmetrdən çox nəzərdə tutulan qaz hasilatının yarısı ixracın payına düşəcək", - deyə nazir qeyd edib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed