30.05.2024 [10:18] - Gündəm
Ağdam rayonuna media-tur təşkil olunub. Media nümayəndələri Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərində olublar.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Ümid İsazadə jurnalistlərə açıqlamasında bildirib ki, Birinci mərhələdə Ağdam rayonun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinə ümumilikdə 605 ailə köçrüləcək.
"Tağıbəyli kəndinin layihələndirilən ərazisi 255,31 hektardır. Bunun üçün 885 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək", - o deyib.
Daha sonra Ü.İsazadə media nümayəndələrinə Prezident İlham Əliyev ötən gün təməlini qoyduğu Güllücə kəndi haqqında məlumat verib.

Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |