31.05.2024 [10:04] - Sosial
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilən kvalifikasiyaların peşə tanınması ilə bağlı 4 may 2024-cü il tarixində keçirilən imtahanın nəticəsi açıqlanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.
Bildiririk ki, 4 may 2024-cü il tarixində saat 10:00-da DİM tərəfindən kompüter vasitəsilə keçirilmiş imtahanda iştirak etmək üçün 466 nəfər namizəd qeydiyyatdan keçmiş, bunlardan 426 nəfəri imtahanda iştirak etmişdir. 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3% təşkil edib.
İxtisaslar üzrə iştirak etmiş və keçid balını toplamış namizədlərlə bağlı statistika keçiddən tanış ola bilərsiniz

Bu xəbər oxucular tərəfindən 1451 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |