31.05.2024 [10:13] - Xəbərlər, Gündəm, İqtisadiyyat
Azərbaycanın prioritet vəzifəsi - rəqabətqabiliyyətli sənaye bazasının yaradılmasıdır.
Bunu bu gün Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda daşınmaz əmlaka korporativ və özəl investisiyaların imkanlarına həsr olunmuş “SEA BREEZE İNVESTMENT FORUM” ikinci investisiya forumunda çıxışı zamanı deyib.
"Dövlətimizin əsas vəzifəsi iqtisadiyyatı şaxələndirməkdir. Əldə edilmiş nailiyyətlər əsasən Azərbaycanın karbohidrogen və enerji ehtiyatlarının işlənilməsi sahəsində aparılan uğurlu siyasət nəticəsində mümkün olmuşdur. Son on ildə bizim prioritet vəzifəmiz ölkə iqtisadiyyatını şaxələndirmək, rəqabətqabiliyyətli sənaye bazasını yaratmaq, xidmət sektorunu inkişaf etdirmək və Azərbaycanı biznesin aparılması üçün əlverişli şəraitə və cəlbedici vergi rejiminə malik ölkə kimi tanıtmaq olmuşdur", - nazir deyib.
Onun sözlərinə görə, Azərbaycan həyat və istirahət üçün komfort şərait yaratmağa çalışır ki, bu da "yumşaq infrastrun" inkişafını tələb edir.
"Təhsilə investisiya qoyuluşuna mühüm diqqət yetirilir. İnanırıq ki, insan kapitalı və onun keyfiyyəti ölkənin müasir dünyada yerini müəyyənləşdirir və bu tendensiya daha da güclənəcək", - Mikayıl Cabbarov əlavə edib.

Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |