19.02.2013 [11:10] - Sosial
Azərbaycanın telekommunikasiya peyki Azerspace-1 bu gün orbital mövqeyinə çatacaq. Davam.az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən bildirir ki, artıq peykin günəş panelləri açılıb və reflektorları işə düşüb.
Peyk orbitdə mövqeyinə çatdıqdan sonra 2-3 həftə ərzində peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq Azərkosmos ASC-yə təhvil veriləcək.
Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma əsasında hazırlanıb.
Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan Azerspace-1 peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcək.

Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |