Şrift:
Pekin ABŞ-ni Cənubi Çin dənizində gərginliyi artırmaqda ittiham edib
03.06.2024 [14:30] - Siyasət
Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları Çin və Filippin arasındakı ərazi gərginliyindən öz mənfəətləri üçün istifadə etməklə Cənubi Çin dənizində gərginliyin artmasında biabırçı rol oynayırlar.

Belə bir bəyanatla Çin Xarici İşlər Nazirliyi çıxış edib.

“ABŞ son dərəcə biabırçı rol oynayır. Onlar öz geosiyasi məqsədlərinə çatmaq üçün Filippin tərəfinin qanunsuz hərəkətlərini dəstəkləyir və Cənubi Çin dənizi problemindən Çin ilə region dövlətləri arasında mövcud münasibətləri qızışdırmaq üçün istifadə edirlər”, - nazirlik qeyd edib.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed