03.06.2024 [14:34] - Gündəm, Bildiriş
İyunun 9-da doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanlar iki mərhələdə keçirilir. İştirakçılar birinci mərhələdə (iyunun 9-da) test tapşırıqlarının cavablandırılması və yazı bloku (esse və vizual məlumatın yazılı təsviri) üzrə, ikinci mərhələdə isə (11-15 iyun tarixlərində) danışıq bloku üzrə imtahanlarda iştirak edəcəklər. Birinci mərhələdə iştirak etməyən iştirakçılar ikinci mərhələyə buraxılmırlar.
Öncədən məlumat verildiyi kimi, imtahanlarda namizəd və iddiaçıların xarici dil biliyi yeni modelə əsasən qiymətləndiriləcək. Həm doktoranturaya qəbul, həm də doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanında əvvəlki illərdə olduğu kimi, dinləyib-anlama bloku üzrə iki dinləmə mətni (monoloq və dialoq) və mətnlərin hər birinə aid 5 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 10 test tapşırığı təqdim olunacaq. Oxuyub-anlama və dil qaydaları blokunda qrammatik və leksik biliyi yoxlamaq məqsədilə bir kiçikhəcmli mətn üzrə 10 qapalı tipli test tapşırığı, bir oxu mətni üzrə 5 qapalı, digər oxu mətni üzrə isə 5 seçim tipli test tapşırığı, həmçinin yazı blokunda həm esse, həm də vizual məlumatın təsviri tipli yazı tapşırıqlarından istifadə olunacaq.
Əvvəlcə imtahanverənlər 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra iştirakçılara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştrakçılara 1 saat 30 dəqiqə vaxt verilir.
Namizəd və iddiaçıların danışıq bloku üzrə qiymətləndirilməsi isə əvvəlki qaydada şifahi formada kompüter proqramı vasitəsilə ayrı bir gündə (11-15 iyun tarixlərində) həyata keçiriləcək.
Nəzərinizə çatdırırıq ki, imtahanda toplanıla biləcək maksimum bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.
n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)
Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Burada qiymətləndirmə üç mərhələdən ibarətdir: birinci mərhələ üzrə toplanıla biləcək maksimal bal 3, ikinci mərhələ üzrə 5, üçüncü mərhələ üzrə isə 2 baldır.
Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar.
Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).

Bu xəbər oxucular tərəfindən 1145 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |