03.06.2024 [14:40] - Gündəm
26 Azərbaycan QHT təmsilçisi 26 ABŞ konqresmeninə açıq məktub ünvanlayıb.
Açıq məktubu COP29 Təşkilat Komitəsində təmsil olunan QHT nümayəndələri də daxil olmaqla bir sıra nümayəndələr imzalayıb.
Məktubu təqdim edirik:
"ABŞ konqresmenlərinə açıq məktub
Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ABŞ konqresmenlərinə Açıq Məktub ünvanlamaqla, ilk öncə, onlara ətraf mühit məsələlərinə, Azərbaycanın COP29 sədrliyinə maraq göstərdikləri üçün təşəkkür etmək istəyirik.
535 nəfər üzvü olan ABŞ Konqresinin 26 nəfərlik heyəti (onların içərisində 100 nəfərlik Senatdan cəmi 3 senator, 435 nəfərlik Nümayəndələr Palatasından isə cəmi 23 nümayəndə var) mayın 13-də ABŞ Dövlət Katibi Entoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri John Podesta-ya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər.
Bu məktubun cəfəng mahiyyətinin Ağ Evdə dərhal başa düşülməsini onu oxuduqdan sonra həm Blinkenin, həm də Baydenin Azərbaycana ünvanladıqları mesajlarda aydın görmək olur. Dövlət katibi Blinken ABŞ-ın Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayıb, Prezident Bayden isə tədbirin uğurla keçirilməsində ABŞ-ın Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib.
Bunu nəzərə alaraq, ABŞ konqresmenlərinə bu Açıq Məktubu heç yazmamaq da olardı. Amma bir halda ki, bir sıra konqresmenlər ətraf mühit məsələlərinə bu qədər həvəs göstərirlər, onlara bəzi tövsiyələri əsirgəməyəcəyik. Hesab edirik ki, bu məsləhətlər son vaxtlar Azərbaycan əleyhinə “nifrət nitqi” tribunasına çevrilən “Financial Times”in redaktorları üçün uydurmaları deyil, real mövzuları tapmaqda da faydalı ola bilər:
Faktdır ki, ABŞ dünyada ətraf mühiti ən çox çirkləndirən ölkələr sırasında liderlik edir. Əlbəttə, bunu istəyərək etmir, nəhəng iqtisadiyyata, sənayeyə malikdir. “Bəşəriyyətin ekoloji qayğısını çəkən” konqresmenlər bu təsirləri azaltmaq üçün konkret təkliflərlə, proqram layihələri ilə çıxış edə bilərlər. Lap istəsələr, ABŞ hökumətindən də maraqlanarlar ki, niyə iqlim dəyişmələri ilə mübarizəyə dair ən böyük tədbir olan COP indiyədək bir dəfə də olsun ABŞ-da keçirilməyib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında “tarixi məsuliyyət” termini sənayeləşmə başlayandan sonrakı (1750-ci ildən indiyə qədər) dövrdə ölkələr tərəfindən atılan tullantıların miqdarını nəzərdə tutur və buna görə də hər bir dövlətin tarixi məsuliyyəti müəyyənləşdirilir. ABŞ-ın karbon emissiyalarının həcminə görə tarixi məsuliyyəti 430 milyard tondan çoxdur. Bu, dünyada ən yüksək göstəricidir. Belə bir ölkənin konqresmenləri müraciətə imza atmazdan əvvəl bu statistikanı cəsarət tapıb məktubun sifarişçilərinə deyə bilərdilər və onda indiki vəziyyətdə qalmazdılar;
Dünyada neft istehsalına görə birinci yeri ABŞ tutur. ABŞ gündəlik 13 milyon barrel neft hasil edərək dünyada istehsal olunan neftin həcmində təxminən 15%-lik paya malikdir. Bura ABŞ şirkətlərinin xarici ölkələrdə hasil etdikləri neft daxil deyil. Görəsən, bu konqresmenlər Ümumi Daxili Məhsulunun adambaşına düşən payına görə Avropa İttifaqı ölkələri və digər inkişaf etmiş dövlətlərlə müqayisədə iqlim dəyişmələrinə qarşı tədbirlərə ABŞ-ın daha az maliyyə ayırmasının səbəbi barədə niyə düşünmür və ya niyə buna görə yerli hökuməti sorğulamır?! ABŞ digər inkişaf etmiş ölkələrlə birlikdə inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinə qarşı mübarizə üçün maliyyə və texniki dəstək göstərilməsi üzrə beynəlxalq öhdəliklər götürüb. Lakin ABŞ tərəfindən bu öhdəliklərin heç 10%-i yerinə yetirilmir. Bu da konqresmenlər üçün yaxşı mövzu ola bilər;
Dünyada iqlim dəyişmələri böhranın yaranmasında kömür ən çirkli yanacaq növü kimi müstəsna paya malikdir və istilik effekti yaradan qaz emissiyaları ən çox kömürün istehsalı, saxlanması, daşınması və yandırılması proseslərindən atılır. Təəssüflə qeyd edilməlidir ki, bəşəriyyət qarşısında böyük tarixi məsuliyyət daşıyan ABŞ-da hələ də kömürdən yanacaq kimi istifadə edilir. ABŞ tarixən ən böyük kömür istehsal edən ölkə olub. 2022-ci ildə ABŞ ildə 540 milyon ton kömür istehsal edərək dünyada 4-cü yeri tutub. Azərbaycanda isə tarixən kömür istehsal edilməyib. 10 ildən çoxdur ki, Azərbaycanda mazutdan da istifadə demək olar ki, sıfıra enib və hazırda ən təmiz yanacaq kimi ancaq təbii qazdan istifadə edilir. Bu isə beynəlxalq sazişlər üzrə Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsinə (70%-ə qədər) artıq öz misilsiz töhfəsini verib. Yeri gəlmişkən, ABŞ dünyada sıxılmış maye yanacaq istehsalında da lider mövqedədir, bu isə ekoloji baxımdan adi qazdan da çirklidir;
OPEC+ platformasının üzvü olan Azərbaycan dünyaya nümunə göstərir ki, məhz neft və qazı zəngin olan ölkələr iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət yekdilliklə COP29-a ev sahibliyini bu dəfə məhz Azərbaycana həvalə edib, bu, həm də Azərbaycanın yaşıl enerji siyasətinə dünyanın münasibəti və rəğbətidir. Zəngin neft və qaz ehtiyatlarına malik olmağa görə bir ölkəni mühakimə etmək sağlam məntiqə sığmır. Azərbaycanın nefti və qazı Avropa bazarlarına hələ uzun illər lazım olacaq. Azərbaycanın təbii qaz ixracının yarısı - 12 milyard kubmetri Avropa İttifaqı bazarına gedir, yaxın 3 ildə bu rəqəm Avropa Komissiyasının xahişi ilə 20 milyard kubmetrə çatacaq. Azərbaycan qazı Avropada enerjiyə olan tələbatın ödənilməsi üçün qlobal iqlim sistemi ilə sıx bağlı olan qiymətli meşə ehtiyatlarının qırılmasının qarşısını alıb, onları qorumağa imkan verib. ABŞ konqresmenlərinin bu məsuliyyətli davranışa görə Azərbaycana təşəkkür etmək əvəzinə, onu qınamağa çalışması başadüşülən deyil. Sərgilənən qərəzli münasibət həm də Azərbaycanı COP29-da yekdilliklə dəstəkləyən beynəlxalq ictimaiyyətin mövqeyinə açıq hörmətsizlikdir;
Azərbaycan yeni enerji strategiyasını COP29-a ev sahibliyi məsələsindən xeyli əvvəl elan edib. Yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. Azərbaycanın yaxın 6 ildə günəş və külək enerjisi 5000 meqavat (5 qiqavat) təşkil edəcək. 4 qiqavat həcmində yaşıl enerjini Avropaya ixrac etmək imkanı yaranacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatları isə 157 qiqavatdır. Bu, Azərbaycanın yaşıl enerji potensialını izah edir. Maraqlıdır, özlərini “ekologiya cəfakeşləri” kimi aparan ABŞ konqresmenləri niyə bu barədə danışmır?! Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru, Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonaları elan edib. Bununla əslində, qlobal istiləşməni 2°C-dən aşağıda saxlamaq üçün imkanlar pəncərəsinin daraldığı, 1.5° C–də saxlamaq fürsətinin isə getdikcə tükənməkdə olduğu bir zamanda inkişaf etməkdə olan ölkə kimi Azərbaycan dünyaya müdrik mesaj verir. Mesajın mahiyyəti aydındır: heç bir ölkənin iqlim təhdidlərindən sığortalanmadığı müasir dövrdə qlobal iqlim dəyişmələrinin səbəb ola biləcəyi fəlakətin qarşısı yalnız qlobal həmrəylik, yaşıl düşüncə sayəsində alına bilər;
26 nəfər ABŞ konqresmeni özünü Azərbaycana qarşı fəaliyyəti ilə ad çıxarmış tarixdəki 26 Bakı komissarı kimi aparır. Yeri gəlmişkən, onlardan biri Azərbaycan xalqının qanını axıtmış cəllad Stepan Şaumyan idi. Şaumyan kimi “Nagorno-Karabakh” və guya onun şərəfinə “paytaxt” elan edilmiş “Stepanakert” də artıq yoxdur. Azərbaycan tarixi ədaləti bərpa edib. Əgər müraciəti imzalamış ABŞ konqresmenləri Qarabağın dərdini çəkmək istəyirsə, ilk növbədə Qarabağda Ermənistan tərəfindən məhv edilmiş təbiət, kəsilmiş ağaclar, çirkləndirilmiş çaylar, yerlə-yeksan edilmiş ekosistemlər haqqında danışsınlar. Biz bu 26 nəfər ABŞ konqresmenini elə ABŞ şirkətinin sərmayəsi ilə bütün beynəlxalq ekoloji normaları, o cümlədən Espoo Konvensiyasını pozaraq Azərbaycan Respublikası ilə sərhədə bitişik ərazidə - Arazdəyəndə metallurgiya zavodu tikiləndə etiraz etdiyini görmədik. Bu gün də Azərbaycanın transsərhəd çayları Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətinin ekoloji fəsadları ilə üzbəüzdür. Biz bununla bağlı da bir dəfə də olsun ABŞ konqresmenlərinin etirazını eşitməmişik. Budur Sizin təbiətə münasibətiniz?
Beləliklə, Sizin müraciətinizin mahiyyəti bizim üçün aydındır. Siz qlobal iqlim dəyişmələrində əsas tarixi məsuliyyət daşıyan inkişaf etmiş ölkələr barədə formalaşmış mövcud çərçivəni gizlətmək, manipulyasiya edərək dünya ictimaiyyətini çaşdırmaq və əsas günahın neft-qaz istehsal edən kiçik ölkələrin üzərinə qoyulması kimi uğursuz cəhdlər edirsiniz.
Azərbaycanın COP29 üçün şüarı “Yaşıl dünya naminə həmrəy olaq!”dır. Sizi COP29-a dəvət edirik, gəlin, hər şeyi öz gözlərinizlə görün. Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsini alqışlayan yüzlərlə xarici QHT-lər, vətəndaş cəmiyyəti təsisatları bu günlərdə silsilə bəyanatlar verirlər. Onlar qısa müddətdə COP29-a evsahibliyi edən ölkə kimi Azərbaycanın əldə etdiyi uğurlara qiymət verir və təqdir edir. Elə Sizin müraciət etdiyiniz Blinken və Bayden kimi!
Əlavə tövsiyələr lazım olsa, müraciət etməyə çəkinməyin. Biz bundan məmnun olarıq!"

Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |