Şrift:
Baş katib: Ermənistan KTMT-nin tamhüquqlu üzvü olmaqda davam edir
03.06.2024 [14:47] - Siyasət
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü olmaqda davam edir”.

Bunu qurumun Baş katibi İmanqali Tasmaqambetov qurumun Qazaxıstanda keçirilən Parlament Assambleyası Şurasının toplantısında bildirib.
O deyib ki, bu faktor KTMT-nin gələcək birgə fəaliyyətinin planlaşdırılması üçün son dərəcə vacibdir.

Bununla belə Tasmaqambetov vurğulayıb ki, rəsmi İrəvan son bir ildə qurum daxilindəki fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

“İnanırıq ki, Ermənistanın siyasi rəhbərliyi KTMT ilə münasibətlərin perspektivlərinə aydınlıq gətirəcək. Bu, digər üzvlərimiz üçün də faydalıdır. Ermənistan tərəfi qurumdakı fəaliyyətini məhdudlaşdırsa da, əsas mexanizmlər hələ də işləkdir. Bu ölkə KTMT-nin tamhüquqlu üzvüdür və buna görə də bütün öhdəlikləri hələ də tam həcmdə qüvvəsindədir”, – Baş katib qeyd edib.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed