Şrift:
Co Bayden İsrail hökumətinin növbəti addımı atmağa hazır olduğunu bildirib
04.06.2024 [10:14] - Gündəm, Siyasət
ABŞ prezidenti Co Bayden İsrail hökumətinin mövcud atəşkəs təklifinə uyğun hərəkət etməyə hazır olduğunu bildirib.

ABŞ dövlət başçısı bununla yanaşı Qətərdən HƏMAS-ı sazişi qəbul etməyə razı salmağını istəyib.

Ağ Evdən verilən yazılı açıqlamada bildirilir ki, ABŞ prezidenti Co Bayden Qətər əmiri Təmim bin Həməd Əl-Səni ilə telefon danışığı zamanı təklif olunan atəşkəslə bağlı mövcud vəziyyəti müzakirə edib.

Bayden bildirib ki, irəli sürülən sülh sazişi problemin həlli üçün müsbət seçimdir, HƏMAS da bu təklifi qəbul etməlidir. O, həmçinin, İsrailin HƏMAS-a təqdim etdiyi sazişin şərtlərinə uyğun olaraq növbəti addımı atmağa hazır olduğunu deyib.
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed