Şrift:
Ədliyyə Nazirliyinin strukturu dəyişib
05.06.2024 [10:20] - Xəbərlər, Gündəm, Siyasət
Ədliyyə Nazirliyinin strukturu dəyişib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Ədliyyə Nazirliyinin yeni strukturu aşağıdakı kimi olacaq:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı
Strateji planlaşdırma və monitorinq baş idarəsi
Qanunvericilik baş idarəsi
Notariat, qeydiyyat və reyestr baş idarəsi
İcra xidməti (baş idarə səlahiyyətli)
Probasiya xidməti (baş idarə səlahiyyətli)
Beynəlxalq əməkdaşlıq baş idarəsi
Bələdiyyələrlə iş baş idarəsi
Cəzaların icrasına nəzarət baş idarəsi
İstintaq idarəsi
İnsan resursları idarəsi
Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi
Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi
Maliyyə və təminat idarəsi
Mətbuat xidməti (idarə səlahiyyətli).

Qeyd edək ki, bundan əvvəl nazirliyin strukturu aşağıdakı kimi olub:

Strateji planlaşdırma və monitorinq baş idarəsi
Qanunvericilik baş idarəsi
Ədliyyə sahəsində xidmətlər baş idarəsi
İcra baş idarəsi
Probasiya xidməti (baş idarə səlahiyyətli)
Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)
İnsan resursları baş idarəsi
Beynəlxalq əməkdaşlıq idarəsi
İnsan hüquqları və kommunikasiya idarəsi
İstintaq idarəsi
Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)
İnformasiya texnologiyaları və innovasiyalar idarəsi
Katiblik (idarə səlahiyyətli)
Maliyyə və təminat idarəsi.
Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed