Şrift:
Braziliyalı nazir: Azərbaycanın COP29-la bağlı fəaliyyətini dəstəkləyirik
05.06.2024 [10:29] - Gündəm
Azərbaycanın COP29-la bağlı fəaliyyətini dəstəkləyirik.


Bunu Bakıda keçirilən INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı Braziliyanın Federal Hesablamalar naziri Jorge Oliveira deyib.

O illik toplantı ilə bağlı isə qeyd edib ki, geosiyasi proseslər qlobal səviyyədə dövlət borcunun idarə edilməsini çətinləşdirir: ”Ona görə də infrastruktur xərclərinin idarə edilməsi, fiskal idarəetmə, fiskal dayanıqlılığın təmin edilməsi zəruridir. Braziliya bu baxımdan dayanıqlı inkişafın təmin edilməsində üzv dövlətlərə dövlət borcunun idarə edilmısi ilə bağlı dəstək göstərə bilər”.

J.Oliveira həmçinin, illik toplantının təşkilinə görə, Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed