19.02.2013 [12:40] - Sosial
zun müddətdir ki, Azərbaycanın ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələ artıq həll olundu. Azərbaycanda ali məktəblər Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunub. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib. Onun sözlərinə görə, ali məktəblərin ƏDV-dən azad olunmasına dair qəraq artıq qəbul olunub.: ƏDV-nin ləğv olunması ali məktəblərdə tələbələrin illik təhsil haqqına təsir edəcəkmi” sualına gəlincə millət vəkili qeyd etdi ki, o bu qərarın təhsil haqqına təsir edəcəyinə inanmır: “Təhsil haqqından yığılan gəlir ali məktəblərdə maddi-texniki baza üçün 10 milyonlarla əlavə vəsait yaradır. “Təhsil kreditləri haqqında” Qanunun keçməsinə ona görə təkid göstərirəm ki, belə məsələlər birdəfəlik həll olunsun”.
Ancaq Azərbaycandakı qabaqcıl özəl universitetlərdən biri olan Qərb Universitetindən mətbuara verilən məlumata görə, artıq universitetdə ƏDV-nin ləğv olunması təhsil haqqına da təsir göstərib: “
Belə ki, indiyədək ildə 3855 manat təhsilhaqqı ödəyənlər bundan sonra 3161 manat, 3350 manat ödəyənlər 2746 manat, 2940 manat ödəyənlər 2410 manat, 2700 manat ödəyənlər isə 2214 manat ödəyəcəklər. Əgər kimsə bu il tam illik haqqını ödəyibsə, bu məbləğ gələn ilin təhsil haqqından çıxılacaq”.
Ölkədə fəaliyyət göstərən özəl ali məktəblər universitetlərin ƏDV-dən azad olunmasını müsbət qarşılayır. Ekspertlər də bu qərarın təqdirəlayiq olduğunu düşünür. Onların fikrincə, bu qərar nəticəsində ali məktəblərdə təhsil haqqının miqdarı aşagı düşər: “Bu günləri ali məktəblərdə təhsil haqqı çox yüksəkdir. Ümid edirəm ki, bu qərardən ən çox sevinənlər tələbələr olar”.
Günel CƏLİLOVA

Bu xəbər oxucular tərəfindən 1137 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |