Şrift:
Bakıda TÜRKPA-nın 13-cü Plenar İclası çərçivəsində gənc parlamentarilər qrupunun iclası keçirilib
06.06.2024 [10:15] - Türk dünyası-Turan
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar İclası çərçivəsində gənc parlamentarilər qrupunun üçüncü iclası keçirilib.

İclas “Gənclərin fiziki və ruhi sağlamlığı” mövzusuna həsr edilib.

Qrupun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Emre Çalışkan bildirib ki, gənclərin sağlamlığına mənfi təsir göstərən bir çox amillər var, gənclər üçün maarifləndirici tədbirlər təşkil edilməli, ortaq siyasət və proqramlar qəbul edilməlidir.

Deputat Əliabbas Salahzadə Azərbaycanda gənclərinin formalaşması üçün dövlət qurumlarının ortaq sosial layihələr hazırladığını nəzərə çatdırıb.

Şimali Kipr Türk Respublikası Məclisinin üzvü Fide Kürşat gənclər sahəsində birgə çalışmağı təklif edib. Fide Kürşat nəzərə çatdırıb ki, embarqo səbəbindən Şimali Kiprdə gənclər beynəlxalq idman yarışlarında iştirak edə bilmirlər. O, idman sahəsində embarqo ilə mübarizədə dəstək istəyib.

Sonda gənc parlamentarilər qrupunun dördüncü iclasının yeri və tarixi də müəyyənləşib. Növbəti iclas 2025-ci ildə Qazaxıstanda keçiriləcək. İclas “TÜRK PA üzv dövlətlərinin gənclərinin miqrasiya təcrübələri və mədəni uyğunlaşma prosesləri” mövzusuna həsr olunacaq.
Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed