Şrift:
Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Parisdəki səfirliyini hədələyib
06.06.2024 [10:25] - Siyasət
Fransanın Xarici İşlər Nazirliyi rus diplomatlarını Ukraynaya göndərdiyi hərbi müşavirlərlə bağlı sözlərə görə hədələyib.

Fransanın Xarici İşlər Nazirliyi Rusiya diplomatlarının Ukraynaya göndərilən fransalı hərbi müşavirlərin Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf olacağına dair sözlərinə görə, Rusiyanın Parisdəki səfirliyini hədələyib.

Məsələ ilə bağlı “France-Presse” xəbər agentliyinin yaydığı məlumatda Fransa Xarici İşlər Nazirliyinin sözçünün müavini Kristof Lemuandan sitat gətirərək onun bunların nəticəsiz qalmayacaq hədsiz bəyanatlar olduğunu bildirdiyi yazılıb.

O, həmçinin Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasının mümkünlüyünün də müzakirə olunduğunu deyib.

Qeyd edək ki, bundan əvvəl də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada müşavir və ya muzdlu kimi olan fransız hərbçilərinin Rusiya ordusunun qanuni hədəfləri olduğunu bildirib. Onun sözlərinə görə, fransız əsgərlərinin döyüş bölgəsində oması bunları deməyə əsas verir.
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed