Şrift:
Fransa prezidenti Makron növbədənkənar parlament seçkiləri təyin edib
10.06.2024 [11:59] - Gündəm
Fransa prezidenti Emmanuel Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edib.

Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edərək 30 iyun tarixinə birinci, 7 iyul tarixinə isə ikinci tur olmaqla Assambleyanın növbədənkənar seçkilərini təyin edib.

Məlumata görə, bundan əvvəl Fransada Avropa Parlamentinə (AP) seçkilərdə qalib gələn "Milli Birlik" partiyası Makronu Fransa parlamentinə növbədənkənar seçkilər təyin etməyə çağırıb.

Qeyd edək ki, Milli Assambleya Fransa parlamentinin aşağı palatasıdır. Assambleyanın deputatları qanunların müzakirəsi və qəbulu, habelə zəruri dəyişikliklərin edilməsi ilə məşğuldu.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed